adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
23 Dekabr 2019 14:46
10772
GÜNDƏM
A- A+

Mingəçevirdə 50 407 seçici bələdiyyə üzvlərini seçir

Mingəçevirdə bələdiyyə seçkiləri Seçki Məcəlləsinin tələblərinə uyğun davam edir.

Adalet.az-ın məlumatına görə, səhər saatlarından məntəqələrdə seçicilərin aktivliyi müşahidə olunur.

47 saylı Mingəçevir seçki dairəsindən bildirilib ki, dairə üzrə 30 məntəqə var. DSK üzrə seçici sayı 37 732 nəfərdir.

49 saylı Yevlax – Mingəçevir Seçki Dairəsi üzrə isə 22 açıq və 1 qapalı məntəqə var. DSK üzrə 12 675 nəfər seçicidən 442 nəfəri qapalı məntəqədə səs verəcək.

Ümumilikdə, Mingəçevir şəhəri üzrə 50 407 nəfər seçicidən dekabrın 1-dən 23-dək 18 yaşı tamam olan 26 nəfər ilk dəfə səs verəcək.

Qeyd edək ki, bu gün Mingəçevir Bələdiyyəsinə 19 üzv seçiləcək. Qeydə alınan namizəd sayı 60-dır.

Mingəçevir seçki dairəsindən qeydə alınan namizəd sayı 52 nəfər, Yevlax – Mingəçevir Seçki dairəsindən qeydə alınan namizəd sayı isə 8 nəfərdir.

Xatırladaq ki, bu gün Azərbaycanda bələdiyyə seçkiləri keçirilir.

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov saat 08:00-dan etibarən seçki məntəqələrinin seçicilərin səs verməsi üçün açıq elan edildiyini bildirib.

Bu il bələdiyyə seçkilərində 1606 bələdiyyə üzrə 15 156 bələdiyyə üzvü seçilməlidir. Ümumilikdə seçkilərdə 41 462 namizəd iştirak edir. Seçkilərdə iştirak edən partiyaların sayı 13-dür. Namizədlərin 3-də 1-i 13 siyasi partiyanın nümayəndələri, 3-də 2-si isə namizədliklərini özləri irəli sürən vətəndaşlardır.

Bələdiyyə seçkilərini 17 beynəlxalq, 52 636 yerli müşahidəçi müşahidə edəcək.

Seçkilərlə əlaqədar olaraq dekabrın 23-ü qeyri-iş günü elan olunub.