adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
23 Dekabr 2019 14:35
43129
İDMAN
A- A+

FIFA “Liverpul”a qələbəni bayram etməyə icazə vermədi

"Liverpul”un baş məşqçisi və futbolçular klublararası dünya çempionatının final oyunundan sonra klub üzvlərinin qələbəni azarkeşlərlə birgə qeyd etməsinəicazə verilməməsindən narazı qalıb.

"Daily Mail” məlumat verir ki, Braziliyanın "Flamenqo” klubu üzərində minimal hesablıqələbə (1:0) qazanan "Liverpul” klubu tarixində ilk dəfə sözügedən titula sahib çıxıb.

Qələbəni azarkeşlərlə birgə qeyd etmək istəyən futbolçular və rəhbərlik tribunalara yaxınlaşmağa çalışsalar da, FIFA nümayəndələri təhlükəsizlik səbəblərindən dolayı buna imkan verməyib.

Klub rəhbərliyi və baş məşqçi FIFA-nın tətbiq etdiyi qaydadan şikayət edib.