adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
23 Dekabr 2019 14:05
34187
DÜNYA
A- A+

Qızına verdiyi cəza ilə fenomen olan ata

İnternetin bu qədər əlçatan olması və sosial trendlərin yayğın hala gəlməsi ilə yeni nəslin ən böyük əyləncəsi telefonlar oldu. Uşaqlar vaxtlarının çoxunu telefonda keçirir. Bu da texnologiya, internet və ya sosial media asılılğı kimi problemlərə səbəb olur. Belə uşaqların ən zəif nöqtəsi isə dünya ilə əlaqə qurduqları cihaz olan telefonlarıdır. Əvvəllər cəza üsulları fərqli olsa da, indiki dövrdə cəzalandırmaq üçün "Sənə telefon yoxdur!” cümləsini eşidirik.

Yeni nəslin vərdişləri bizimkilərdən olduqca fərqlidir. Amma bizlər də dəyişən texnologiyaya öyrəşmək məcburiyətindəyik. Ailə və sosial münasibətlər də texnologiyanın inkişafından təsirlənir. Denton, Texasda yaşayan Tawnya Ford və Larry Sumpter cütlüyü 15 yaşlarındakı qızlarını dəyişən dünyaya uyğun olaraq cəzalandırıblar.

Bir gün 15 yaşındakı Madelynn ailəsinə sadəcə qızları dəvət edəcəyi bir parti verəcəyini dedi. Lakin təşkil etdiyi partiyə oğlan dostlarını da dəvət elədi. Ailə isə qızları yalan danışdığı üçün onu cəzalandırmağa qərar verdilər. Amma bu cəza da təbii ki, ənənəvi cəzalardan olmadı.

Cütlük qızlarının qarşısında 2 təklif qoydu. Birincisi 1 aylıq telefonu əlindən alınacaqdı, ikinci seçimdə isə ailəsi 2 həftə ərzində onun sosial media hesablarını götürüb işlədəcəkdilər.

Madelynn isə 1 ay telefonsuz qalmaqdansa, 2 həftəlik hesabları valideynlərinə verməyə razı oldu. Lakin Madelynn verdiyi bu qərardan olduqca peşman oldu. Madelynnin hesablarını işlədəsən ata, qızının sosial mediya hesablarında öz şəkillərini paylaşmağa başladı. Qızı bu şəkilləri gördüyü zaman peşman olduğunu və digər cəzanı istədiyini dedi.

Atası isə cavab olaraq: "Artıq gecdir. Sən seçimini etdin. Paylaşımlar üçün hələ ağlımda yüzlərlə fikir var.” Dedi. Ata qızının hesabı ilə paylaşdığı fotolarla internetdə viral oldu və fenomen halına gəldi.


Mənbə: Daily mail