adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
23 Dekabr 2019 13:56
30804
DÜNYA
A- A+

Çəkilişdə ölən dublyorun ailəsinə 8,6 milyon təzminat

Dünyaca məşhur seriallardan biri olan "The Walking Dead”in 8-ci mövsüm çəkilişlərində yıxılaraq başından ağır yaralanan dublyor John Bernecker bu ağır hadisədən sonra dünyasını dəyişmişdi.

Berneckerin ailəsinə 8,6 milyon dollar təzminat ödənilməsinə qərar verildi.

Berneckerin anası Susanın vəkili Jeffrey Harris məhkəmənin qərarı ilə bağlı bunları deyib:

"John film sektorundakı gələcəyi parlaq olan istedadlı, professional bir dublyor idi. İstəyim budur ki, bu qərarla birdə film setlərindəki təhlükəsizlik standartlarının yüksəldilməyidir. Bu xətalardan dərs çıxarmaq buna bənzər faciələrin yaşanmaması üçün önəmlidir".