adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
24 Dekabr 2019 09:30
39092
MARAQLI
A- A+

İtkin düşən qız 16 il sonra xəstəxanada tapıldı

Rusiyanın Tomsk bölgəsində yeniyetmə yaşında itkin düşən qız 16 il sonra Krasnoyarsk xəstəxanasında tapılıb.

Rambler.ruxəbər verir ki, bu barədə "İtkin düşmüş uşaqların axtarışı – Krasnoyarsk” könüllülər təşkilatı informasiya yayıb.

"Yuliyanın qohumları tapılıb. Qız 2003-cü ildə itib və 16 il ərzində yaxınları onun aqibəti barədə heç nə bilməyib. Bütün bu vaxtıqız Krasnoyarskdakı xəstəxanada keçirib. 2019-cu ilin fevralında bizim könüllülər təşkilatımız axtarışlara başladı və budur nəticəsi”, - təşkilatdan bildirilib.

Həmçinin, qeyd olunub ki, Yuliya 2003-cü ilin payızında Krasnoyarskda tapılıb. O, yalnız öz adını deyə bilib. 16 ili psixonevroloji internatda keçirib. Uzun illər sonra təşkilatın informasiyaları əsasında qardaşı onu tanıyıb və müraciət edib.