adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
23 Dekabr 2019 12:49
11723
HADİSƏ
A- A+

Salyanda ağır qəza: Ana və oğlu öldü

Dekabrın 21-də saat 16 radələrində Salyan şəhəri ərazisində Şirvan şəhər sakini Təranə Hacıyeva idarə etdiyi "Mitsubishi” markalı avtomobili aşırıb.

Daxili İşlər Nazirliyindən Adalet.az -a verilən məlumata görə, nəticədə sürücü və sərnişinləri olan oğlu Ələsgər, qızı Şükriyyə və Salyan şəhər sakini olan qohumu Zenfira Məmmədova xəstəxanaya yerləşdiriliblər.

Z.Məmmədova, T.Hacıyeva və Ələsgər orada ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.