adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
23 Dekabr 2019 10:52
35147
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU: ADSIZ ŞEİR

Bənövşə tək açıldın
Sən yolumun üstündə...
Gözlənilməz gəlişdə -
Nədir , de qız, qəsdin nə?!

Çaşdım, titrədi səsim
Əlim əsdi nanə tək...
Sən də çaşdın . deyəsən -
Əlini telinə çək!...

Qarşılaşan baxışlar
Nəhayət ki, dil tapdı...
Sənə etiraf etdim -
Gözəl görmək səvabdı!

Bu çaşqınlıq, bu təlaş
Təbəssümdə ərisin...
Öpüm, ruhumla yavaş -
Mən bu ilham pərisin!