adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
23 Dekabr 2019 10:46
384023
DÜNYA
A- A+

Vanqa və Nastradamusun qorxunc öncəgörmələri: 2020-ci il...

Bəşər övladı hər ötən ilin sonu, hər yeni ilin başlanğıcı gələcəyimizin necə olacağını, il uzunu hansı hadisələrlə, yeniliklərlə , xüsusəndə fəlakətlərlə üzləşəcəyi ilə maraqlanır. Marağı onu kəhanətləri ilə hər zaman diqqətlərdə olan öngörücülərin yazdığı-dediyi ”möcüzələr”i tapmağa vadar edir.

Adalet.az olaraq "öncəgörmə maraqlıları”na "fövqəlgüc” kahinlərin 2020-ci ildə baş verəcək hadisələrlə bağlı praqnozlarını təqdim edirik:

Vanqanın proqnozuna inanaqmı...?

11 sentyabr, İŞİD və Brexit kimi bütün dünyaya təsir edən hadisələrlə bağlı proqnozları ilə məşhur olan bolqar əsilli kahin Vanqanın 2019-cu il üçün proqnozları ortaya çıxıb. Əsil adı Vangelia Qushterova olan Vanqa, Bolqarıstanda yaşayan çox məşhur öncəgörən olaraq tanınıb.

Vanqa 1996-cı ildə vəfat etsə də, günümüzdəki bir çox hadisəni əvvəlcədən görməsi ilə məşhurlaşıb.

Bu il – məhz 40 ildən sonra Ukrayna mətbuatı bolqar falçı Vanqanın 1979-cu ildə dediklərini yeni ilin astanasında yenidən gündəmə gəlib. Yerli mətbuat iddia edir ki, Vanqa "yanaşı 20-lər”in (2020) Ukrayna üçün dönüş ili olacağını vurğulayıb. O bildirib ki, Ukrayndan fərqli olaraq 2020-ci il Rusiyada çöküşün başlanğıcı ili kimi tarixə düşəcək.

Məşhur falçı iddia edib ki, bu iki qardaş xalqlar arasında gərginlik pik həddə çatacaq və proseslər nəhəng imperiyanın süqutuna gətirib çıxaracaq. Bu süqut isə dərhal baş verməyəcək, "Vladimir imperiyası” 10 il içərisində 4 yerə parçalanacaq.

2020-ci il Ukraynası haqda proqnoz verən Vanqanın sözlərinə görə, xalqın "gülüşləri ilə mükafatlandırdığı” yeni bir lider meydana çıxacaq ki, ölkənin xilası onun əlində olacaq, az müddət sonra itirilən ərazilərin böyük hissəsi müharibəsiz geri qaytarılacaq. Həmin lider 4 il hakimiyyətdə olacaq və daha sonra sui-qəsd nəticəsində ortadan qaldırılacaq.



Vanqanın bioqrafı, bolqar professor Veliçko Dobriyanovun dediyinə görə, falçı qadın ABŞ-ın 45-ci prezidentinin müsəlman dünyası üçün böyük fəlakətlər gətirəcəyini də açıqlayıb. Falçı qadın iddia edib ki, qalmaqalla hakimiyyətə gələn bu prezident Amerikanın parçalanmasının əsasını qoyacaq və 20 ilə qalmaz "böyük torpaqlar” 2 yerə bölünəcək. "Ya Amerika donacaq, ya iri iqtisadi böhranda məhv olacaq, ya da şimal və cənub ştatlarına parçalanacaq”,- deyə iddia edilir.

Qeyd edək ki, Vanqının bir çox proqnozları özünü doğrultmasa da, son vaxtlar Ukraynda baş verən hadisələr fonunda bu öncəgörmələr kifayət qədər diqqət çəkir. Çox güman ki, xalqın "gülüşləri ilə mükafatlandırdığı” lider deyildikdə, şoumen- hazırda prezident Vladimir Zelenski nəzərdə tutulur...
O ki qaldı, Rusiya və ya Amerika ilə bağlı ilə bağlı proqnozlara, qeyd etməliyik ki,

Rusiya mediası da məşhur baxıcının 2020-ci illə bağlı verdiyi proqnozları yayıb.

2020-ci illə bağlı verdiyi proqnozlarında Vanqa bildirib ki, bu il Alyaska, Yaponiya, Çin və Pakistanda dəhşətli sunami baş verəcək. Bu hadisə böyük itki və dağıntılara səbəb olacaq. Daha sonra isə Asiyanın bu bölgəsini Rixter cədvəli üzrə 8 bala qədər zəlzələ gözləyir.

Vanqanun proqnozlarına inansaq, Britaniya Avropa Birliyindən çıxdıqdan sonra ciddi iqtisadi böhranla üzləşəcək. Bundan əlavə, Qərbi Avropa dini və etnik zəmində qarşıdurmalarla sarsılacaq, bu, AB-nin dağılmasının başlanğıcı olacaq.

Mişel Nostradamus” nə deyir”

Mişel Nostradamusun inanılmaz görünən proqnozu deşifrə edilib. "Deşifrə edilmiş Nostradamus" kitabının müəllifi, astroloq Dmitri Zima, məşhur fransız baxıcısının 2020-ci il üçün proqnozunu şərh edib.

Zimanın iddiasına görə, Nostradamus 2020-ci ildə keçmiş SSRİ ölkələri birləşəcəyindən xəbər verib:"2020-ci ildə bəşəriyyət üçün "yeni Qızıl əsr” başlanacaq, dövlətlər arasında sərhədlər silinəcək. Bundan öncə isə keçmiş sovet ölkələri birləşəcək". Çinlə bağlı isə bildirilir ki, bu dövlətin maliyyə və siyasi gücünə baxmayaraq, gələcək hadisələrdə o qədər də əhəmiyyətli rol oynamayacaq. Zimanın təfsirinə əsasən, anglosaksonlar və ruslar arasında qarşıdurma artacaq və bütün bəşəriyyətin gələcəyini müəyyənləşdirəcək. Üstəlik, bu münaqişədə Avropanın rolu o qədər az olacaq ki, ona heç cür təsir edə bilməyəcək. Belə çıxır, 2020-ci il bütün dünyanın gələcəyini təyin edəcək. Bəzi tədqiqatçılar hesab edirlər ki, Rusiya ilə İngiltərə arasındakı münaqişə artıq diplomatik arenada hiss olunur. Lakin ölkənin AB-dən çıxması prosesinin uzanması bu münaqişənin daha da artmasına imkan vermir.

Beləcə, dünya arenasında məşhur olan görücülərin 2020-ci il proqnozundan xəbəriniz oldu. Amma , əsası odur ki, müqəddəs "Quran”ımızda deyildiyi kimi, hər şeyi bilən aləmlərin rəbbi olan Allahdır!

Əntiqə Rəşid