adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
23 Dekabr 2019 10:20
32250
SİYASƏT
A- A+

İlham Əliyev və Mehriban Əliyeva səs verdi

Dekabrın 23-də müasir müstəqil Azərbaycanın tarixində növbəti bələdiyyə seçkiləri günüdür.

AZƏRTACxəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və qızları Leyla Əliyeva səs vermək üçün Bakı şəhərinin 29 saylı Səbail seçki dairəsinin 6 nömrəli orta məktəbdə yerləşən 6 saylı seçki məntəqəsinə gəliblər.

Prezident İlham Əliyev səsvermə otağına daxil olub seçki bülletenini alaraq kabinəyə keçib və sonra bülleteni qutuya salıb.

Sonra Birinci vitse-prezident Mehriban Əliyeva və Leyla Əliyeva səs veriblər.