adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

ƏHMƏD AĞAOĞLUNUN DÜŞÜNCƏ DÜNYASI - Seyfəddin ALTAYLI yazır

SEYFƏDDİN ALTAYLI
106292 | 2019-12-20 13:33

ƏhmədAğaoğlu, Azərbaycanın yetişdirdiyi tarixi şəxsiyətlərimizdəndir. Onun özünə məxsusfikir dünyası vardır. Bu məqalədə onun öz əsərlərindən, yazılarından örnəklərverərək fikir dünyasını şərh etməyə çalışacayıq. Məqsədimiz bu ziyalı şəxsiyyətimizinfikirlərinin tariximizə, mədəniyyətimizə hansı səviyyələrdə uyub-uymaması məsələsiniözümüzə görə aydınlaşdırmaqdır. Nə onu doqmalaşdırmaq nə də tənqid etmək kimibir düşüncəmiz esla yoxdur. Onun irəli sürdüyü fikirlərə həm öz yazıları həm dətariximizdən və ədəbiyyatımızdan örnəklər verərək yeni nəsillərə müəyyəndetalları göstərmək arzusundayam.

Osmanlıdövlətinin tənəzzülü və Cümhuriyətə keçid dövründə Türkiyədəki ziyalılarınxüsusilə qərb ilə əlaqələri olmuşdur. Əhməd Ağaoğlu da həm Osmanlı həm dəTürkiyə Cümhuriyyətinin elitası arasında özünə məxsus yer tutmuş, fikirləri vəçalışmaları ilə o dövrün olaylarına öz möhürünü basmış bir şəxsiyyətimizdir.Öncəliklə Osmanlı dövlətini tənəzzülə aparan səbəblərin bir neçə başlıq altındadilə gətirilməsi Osmanlı ziyalılarının, o cümlədən Ağaoğlunun düşüncələrinindaha yaxşı başa düşülməsində önəmli rol oynayacaqdır düşüncəsindəyəm.

1.Osmanlı dövləti üç qitəyə hərbi gücü sayəsində hökm etmiş, 376 il dünyanın yegânəaparıcı qüvvəsi olmuşdur. Ancaq bu hərbi güc zəiflədiyində ələ keçirdiyitorpaqları hakimiyyətində saxlaya bilməmişdir.

2.Əlində tutduğu torpaqların böyüklüyü dövlət xadimlərini "ədəmi mərkəziyyət”deyilən bölgədən idarə etmə prinsipinə yönəlməsinə səbəb olmuş və dövlətin mərkəziavtoritetinin zəiflədiyi zamanlarda bölgələri idarə edənlər öz mənafelərini güdərəksuistifadəyə yönəlmiş, bunlar da özəlliklə qeyri Türk ünsürlərin üsyanına səbəbolmuş və bu üsyanlar da dövlətin taqətini kəsmişdir.

Bumövzuda Ağaoğlu da çox doğru olaraq bu ibrətamiz fikirlərini bildirmişdir:

"Osmanlı Dəvləti'ninbünyəsi bir birlik halində ikən, yazık ki, zaman aşımı ilə və sırf dəvlətadamlarının ihmalləri və dəvlətin mahiyətini anlamamaları yüzündən bu bir­liğinyerini bir topluluk, bir millətlər dəvləti zihniyəti aldı”(Ağaoğlu2013:105).

"Osmanlı Dəvləti'ndəmərkəzə yönələn unsur Türk'tü. Mərkəzdən uzaklaşan unsurlar da diğərləriydi. Şuhal­də, Osmanlı büyükləri bu gərçəği dikkatə alarak ona görə harəkət etməliydi­lər.Fakat Osmanlı dəvlət adamları, Fatih'tən sonra, bu prənsibin tamamıy­laaksinə harəkət etmiş bulundular.” (Ağaoğlu 2013:106).

"Üç yüz yıldan bəriişbaşına geçmiş olan dəvlət adamlarının sicilləri incələnirsə, aralarında yüzdəyirmisinin bilə Türk olmadığı anlaşılır.Bunlar hiçbir zaman,kanı ilə, kal­bi ilə Türk'ə bağlı olmamış, Türk'ü anlamamış, Türk'ün səvinçlə­rinəkatılmamış, fəlakətli zamanlarda Türk'ü tərk edip gitmişlərdir”(Ağaoğlu 2013:108-109).

Bu sözlər qarşısında ancaqhörmətlə baş əyilər və Ağaoğlu alqışlanar.

3.Osmanlı dövləti ən başdan etibarən hakimiyyətindəki qeyri Türk xalqlara,xüsusilə də xıristiyanlara geniş hüquqlar tanımışdır. Məsələn 1572-ci ildə Fransada Katolik məzhəbinəmənsub insanların Sain-Bartheləmy qırğınında provaslavlarayaşamaq hüququ tanımadığı bir vaxtda Osmanlı dövlətinin sədrəzəmi əslənBosnanın Sokolovici kəndində dünyaya gəlmiş, Ortodoks xıristiyanailəsindən gəlmə və əsil adı Bayo olan Sokollu Məhməd Paşaidi. Dövlətin zəiflədiyi dönəmlərdə bu cür qeyri Türk dövlət xadimləriOsmanlıya zərbə üstünə zərbə endirmiş və onun tənəzzülünü hazırlamışdır(Armaoğlu 2016:34).

4.Orta Çağdan etibarən Avropa ölkələri arasındaki münasibətlər əslindəxıristiyanlar arası münasibətlərdən ibarətdi. Osmanlının xıristiyan xalqlarıhakimiyyəti altında saxlaması Avropalıları dəhşətli dərəcədə qəzəbləndirmiş,onlar bu qəzəblərini cilovlayaraq daimi inkişaf prosesinə daxil olmuş və fürsətigözləyərək vaxtı çatdığında da xıristiyan dininə mənsub xalqları milli müstəqillikmübarizəsinə yönəldərək Osmanlıya zərbə üstünə zərbə endirmiş, dəhşətliqırğınlar törətdirərək Türkləri Avropadan çıxarmışlardır.

5.Osmanlı dövlət xadimləri qərbdə XVI-cı əsrdə başlayan renessans və reform hərəkətlərininsəbəb olduğu aydınlanma çağının nə olduğunu başa düşməmiş, XVIII əsrin başındanetibarən Avropanın elmi və texnoloji yöndə yeritdiyi inkişaf prosesinə və sənayeinqılabına layığınca fikir verməmiş, XIX əsr gəldikdə də dağılma dövrünə daxilolmuşdur. Əlbətdə Osmanlı dövlətinin dağılması bir növ İslam mədəniyətinin dədiz çökməsi anlamındadır.

Osmanlınınson dövründə 1839-cu ildə elan edilən Tənzimat Fərmanı ilə Osmanlıçılıq,İslamçılıq, Türkçülük, QərbçilikSosializmcərəyanları yaranmış, ancaq xüsusilə Qərbçiliyə önəm verilsə də bu fikir yalnızcageyim-kecimdə və Avropasayağı davranışlarda öz əksini tapmışdır.

Əhməd Ağaoğlunun fikir dünyasını şərh edərkən sadalanan bu faktları nəzərdənyayındırmamaq vacib bir məsələdir.

1869-cuildə Şuşada dünyaya gələn Ağaoğlu ilk təlim-tərbiyəsini bu şəhərdə almış vəilkin düşüncələri erməni şagirdlərin içində onlarla mübarizə əsasındaformalaşmışdır. Peterburgda instituta qəbul edilmədiyinə görə 1888-ci ildəParisə gedərək 1894-cü ilə kimi burada təhsil almışdır.

İslam dünyasının siyasi vəhdət yaratmaq məsələsini ön plana alaraqonların fikri vəhdətdə birləşməsini ikinici plana alan ŞeyxCamaləddin Əfqani (Ahmady 2012:16) ilə yaxın dost olmuş, həm onun həm dəmüəllimi Ernst Renanın fikirlərini əxz etmişdir. Azərbaycanaqayıdaraq müxtəlif yerlərdə işləmiş, ictimaiyətdə "Həyat”, "İrşad”,"Tərəqqi” qəzetləri, "Fədaicəmiyyəti”,"Qafqaz Müsəlmanları Müdafiə Komitəsi Difai”ni yaradaraq özünəlayiq ad qazanmış, 1909-cu ildə İstanbula gedərək orada "Türk Ocağı”nınyaradılmasında, "Türk Yurdu” dərgisinin təsisində fəal iştirak etmiş,Azərbaycan Cümhuriyətinin yaranmasında əvəzsiz işlər görmüşdür.Millət vəkili seçilmiş, 1919-cu ildə Azərbaycanın tanıdılması məqsədiləyaradılan Sülh Heyətinə daxil olsa da Ermənilərin fitnəsi iləİngilislər tərəfindən tutularaq Malta adasına sürülmüş, 1921-ciildə Atatürk onu İngilis əsirlərlə dəyişdirmiş, Anadoluda gedən İstiqlalMübarizəsinə qoşulmuş, Hakimiyyəti Milliyə qəzetindəyazılar yazmış, Sərbəst Firqənin yaradılmasında iştirak etmiş, müəllimlik,qəzetçilik fəaliyyətləri yeritmiş və 1939-cu ildə Haqqın rəhmətinəqovuşmuşdur. Ağaoğlu, Osmanlıca, Rusca, Farsca və Fransızcanı mükəmməl mənimsəmiştarixî bir ziyalımızdır.

ƏhmədAğaoğlunun fikir dünyası maraqlıdır. Xüsusilə mədəniyət, ailə,toplum, dövlətçilikfərd barədəkidüşüncələri onun düşüncə dünyasını göz qabağına sərir.

Osmanlınındağıldığını görən dövlət adamları və ziyalılar dövləti xilas etməyin çarələriniaxtarmış, ancaq qərbin tarazsız gücü qarşısında əli-qolu bağlı qalmışlardır.Ağaoğlu "Üç Mədəniyət” adlı əsərini Malta adasındakısürgün illərində yazmışdır. Bu əsəri ilk dəfə 1927-ci ildə, sonrakı dönəmlərdədə təkrar-təkrar nəşr edilmişdir. Bu da onun əsərinin hədsiz dərəcədə maraqlıolduğundandır. Ağaoğlu bu əsərində ümumiyətlə qərbin üstünlüyünü vurğulamışdır.

AĞAOĞLUNUN MƏDƏNİYƏT ANLAYIŞI

Ağaoğlunagörə mədəniyyət: "Mədəniyət,düşüncə və təcəssüs (maraq) tarzından başlayarak giyiniş şəklinə kadar hayatınbütün olaylarını içinə alır.” (Ağaoğlu 2013:25), "Hər mədəniyətin bir kalbi vardır. Bir duyuş tarzı vardır.Dolayısıyla, ortak bir ahlaka, bir dəğər duygusuna, ortak bir iyi və kötü, güzəlvə çirkin görüşünə sahiptir” (Ağaoğlu 2013:26).

Ağaoğlunagörə dünyada Qərb, İslam, Buda-Brahmanmədəniyətləri vardır. Ona görə yeganə qalib olan da qərb mədəniyətidir, digərlərionun qarşısında məğlub olmuşdur.

"Bu mədəniyətlərinkarşılıklı durumlarına sözümüzü gətirirkən, bun­lardan birisinin, yani Batı mədəniyətiningalip və diğər ikisinin də yani İslam və Buda-Brahman mədəniyətlərinin mağlûpdurumda olduklarını görüyoruz” Ağaoğlu 2013:28).



"Gərək İslam və gərəkBuda-Brahman mədəniyəti yenilmişlərdir, bunlar Batı mədəniyətinin şahsiyət vəözəlliklərini kabul və onun iradəsinə tâbi olmak məcburiyətindədirlər.Gərək Müslümanlar və gərək Sarı ırk çəvrəsi, əlbisələrindən və əvlərinin döşənməsi gibihayatın maddi təcəllilərindən başlayarak, ədəbi­yat və müzik gibi manəvitarafların ən munis köşələrinə kadar Avrupa modəl­lərini taklit etməktədirlər”(Ağaoğlu 2013:30).

"Batı mədəniyətininüstünlük və galəbəsini kabul və iti­raf ediyor muyuz, etmiyor muyuz? Ediyorsak,o galəbəyi yalnız ilim və fən­nə və hatta bazı siyasi və içtimai təşkilatabağlamamalıyız, mədəniyətin bütü­nünə, zihniyətinə, görüş tarzına, ruhuna,kafasına, dimağına, kalbinə bağlamalıyız. Bundan dolayıkurtulmak,yaşamak, varlığımızı dəvam ettirmək istiyorsak, hayatımızın bütünüylə -yalnız əlbisələrimizvə bazı müəssəsələrimizlə dəğil-ka­famız, kalbimiz, görüş tarzımız, zihniyətimizilə də ona uymalıyız. Bunun dı­şında kurtuluş yoktur.”(Ağaoğlu 2013:32).

Bir şeyin yaddançıxarılmaması vacib məsələdir. Ağaoğlunun mədhiyyə düzdüyü qərb mədəniyyəti vəhşixarakterlidir, o bunu görməmişdir. Bu mədəniyyətin məhsulu olan kapitalizminyaratdığı müstəmləkəçilik iki dünya müharibəsinin yaranmasına və on milyonlarlainsanın vəhşiyanə şəkildə həlakına və on milyonlarla ocağın sönməsinə səbəb olmuşdur.Həmin müstəmləkəçi ölkələr Türk millətinin başına Asiyada, Afrikada və Avropadaolmazın bəlalar açmışlar, hətta onu öz vətənindən belə qovmağı birinci plandafikirləşmiş, qova bilməyincə də kölələşdirmək yoluna üz tutmuşlardır. Bu siyasətTürküstanda, Qafqazda, Balkanlarda və Anadoluda dəfələrlə eynilə təkrar edilmişdir.Hətta Ağaolunun anarxist dediyi Tolstoy belə qərbin müstəmləkəçi mədəniyyətinitənqid atəşinə tutub;

"Tarixin heç birdövründə 19-cu yüzildəki kimi maddi uğur əldə edilə bilmədi. Ancaq şübhəsiz ki,tarixin heç bir dövründə gettikcə canavarlaşan indiki Xıristiyan dünyamızdakı qədərəxlaqsız, insanın heyvani ehtiraslarına heç bir sərhəddin qoyulmadığı biryaşayış olmadı.” (Tolstoy 1995:33) deyərək imperialistləri yerin dibinəbatırmışdır.

Ağaoğlu kimi bir ziyalı şəxsiyətinqərb mədəniyyətini zirvəyə qaldırıb İslam mədəniyyətini Türk millətinin şəxsində yerin dibinə batırması, üstəlik I Dünya Müharibəsininyaratdığı soyqırımları, Azərbaycanın başına hansı bəlaların açıldığını gördüyü,mədhiyə düzdüyü qərblilər tərəfindən işğala uğramış Anadolunun xilasında əvəzsizişlər görmüş bir Türkçü, millətçi, vətənpərvər insan olduğu halda yuxarıdakıfikirlərini yazması qarşısında deyəcək söz tapmaq çətindir.

Əli Bəy HüseynzadəAvropalılaşmaq barədə bunları demişdir:

"Biz Avropalıların ədəbiyatlarına,sənayelərinə, ülum və maariflərinə, kəşfiyyat və ixtiraatlarına müraciət etməkistiyoruz, özlərinə deyil. Biz istiyoruz ki, İslam ölkəsinə onların beyinləri,dimağları girsin, boğazları, mədələri girməsin. Biz istəriz ki, ölkəmiz onlarınbeyinlərini həzm etsin, yoxsa mədələrində həzm olunmasın.” (Əhmədli,2019:90).

Ziya Gökalp isə belə deyir:

"Bugün bizim içinmüasırlaşmak demək Avropalılar gibi drednotlar, otomobillər, təyyarələr yapıpkullanabilmək deməktir. Muasırlaşmak şəkilcə və maişətcə Avrupalılara bənzəməkdemək dəğildir.” (Gökalp, 2014:22).

Məmməd Əmin Rəsulzadə dəmüasirləşmə ilə bağlı fikirlərini "Açıq Söz” qəzetinin birincinömrəsində bu cür açıqlamışdır:

"Türk və müsəlmanqalaraq müstəqilən yaşamaq istərsək, mütləqa əsrimizdəki elmlər, fənlər, hikmətvə fəlsəfələrlə silahlanmalı, sözün bütün mənasıyla zəmanə adamı olmalıyız.”(Əhmədov 2019: 103).

Verilən örnəklərlə ƏhmədAğaoğlunun irəli sürdüyü və qərbin hər bir şeyini mənimsəmək fikri sosyolojiqanunlarla ziddiyət təşkil edir. Çünkiözünə məxsus mədəni, milli və sosioloji dəyərlərini itirən millətlər artıqmilli kimliklərini də itirərək hibrid bir varlığa çevrilərlər.

Görkəmli şəxsiyyətimiz ƏhmədAğaoğluna ən gözəl cavabı 585-ci ildə Göytürk xaqanı Işbara Kağanvermişdir. Göytürklər güclərini itirdiyi və Çinə tabe olduqları bir zamanda Çinhökmdarı Işbara Kağana elçi yollayır ki, öz adət və ənənələrini dəyişdiribeynilə Çinlilər kimi geyinsinlər, onların mədəniyyətini mənimsəsinlər. IşbaraKağan da Çin hökmdarına cavab olaraq bu məktubu yazır:

"Bizim adət və ənənələrimizçox qədim çağlardan bəri yaranmışdır. Bu səbəblə onları dəyişdirməyə mənimgücüm çatmaz.” (Ögel 1982:311).

Yusif Akçuranın həminmövzudakı fikirləri isə belədir:

"XIX asırda cihan mədəniyəttarihinə ən çok təsir icra ədən müəssir, milliyət fikridir. Milliyət fikrinə bubüyük kuvvətə hiçbir şey qalip gəlmədi. Yüzbinlərlə muntazam ordular, bu fikirkarşısında yenildi. Bugün milliyət fikrini yenəbiləcək kuvvət şiddət, zulüm,top, tüfək dəğildir.” (Akçura 2001:186).

AĞAOĞLUNUN DÖVLƏTÇİLİKLƏBAĞLI FİKİRLƏRİ:

Ağaoğlu həmin əsərində Türkmillətinin dövlətçiliklə bağlı anlayışını bu cümlələrlə tənqid etmişdir:

"Türklər, dəvlətiyalnız hükümətlə karıştırmakla kalmamışlardır. Kurduk­ları hükümətləri, dəvlətləribilə bir şahsın adına, bir ailənin adına görə adlan­dırmışlardır. Bin yıldan bəridəğişik Türk kabilələrinin kurdukları birçok dəv­lətlər, həp sülâlə namlarınıtaşımışlardır.” (Ağaoğlu 2013:101).

Ağaoğlu bu cümlələrləOsmanlı, Səlcuqlu, Qəznəvi və digər dövlətləri tənqid edir. "İngiltərəsülâləyi dört kərə dəğiştirmiştir. Son sülâlənin zamanında, İngiltərə, sınırlarınıdünyanın iki kutbuna dayattı. Fakat hiçbir za­man, hiçbir tarihçi vəya şairİngiltərə'yi bu sülâlələrin namıyla adlandırmayı hatırına bilə gətirməmiştir”(Ağaoğlu 2013:101).

Görkəmli ziyalımız bu cümlələrlədə İngilis xalqının belə bir səhvə yol vermədiyini, İngiltərənin xanədan dövlətiolmadığını irəli sürür. Ancaq İngiltərə dövlətini yaradanlar V yüzildəSaksonlarla birlikdə Britaniya adasını işğal edən German xalqından olan Angluslardır,İngilis adı da buradan gəlir. Mifologiyaya görə indiki İstanbulu Byzasqurmuş daha sonra Byzasın adı Bizans dövlətinin adına çevrilmişdir. Roma şəhərinidə dövlətini də Romus və Romulus qardaşlardan Romulus qurmuş (Karakoç 2014:10) onunadı da Roma imperiyasına ad olmuşdur. Tarixi şəxsiyətimiz iddiasında haqlı deyildir.

Türk millətinin ən qədimdövlətçilik anlayışında xalq ilə torpaq olmadandövlət olmazdı və dövlət digər adıyla desək elmillətsiztörəsiz, yəni qanunsuz olmazdı (Ögel 1988:432-435). KaşqarlıMahmud əsərində "El gedər törü kalmas” yəni dövlət gedə bilər,ancaq törə, qanun qalar (Mahmud-II 1992:25) demişdir. Bu düşüncə mifolojiçağlardan bəri davam edib gələn Türk düşüncəsinin əksidir.

Bəli Osmanlı dövlətiqurucusu Osman bəyin adını almışdır, ancaq dövlətin quruluşunda Oğuz Kağandastanının izləri vardır. Osman qazi yuxusunda Şeyx Ədəbalininqoynundan bir ay doğduğunu gəlib onun qoynuna girdiyini və göbəyindən birağacın bitdiyini, budaqlarının dünyanı bürüdüyünü (Çetin 2012:31) görür. Həmin izlər Səlcuqlu dövlətində də vardır. Səlcuqbəyin sinəsindən üç budaqlı bir çinarın çıxdığını görməsi də buna oxşar biryuxudur və tamamilə Oğuz Kağan dastanı ilə, yəni mifik çağlarla səsləşir vəTürk millətinin dövlətçilik anlayışının ilahi mənşəli olduğundan xəbər verir.

Ağaoğluna görə; "Dəvlətədəğil, hükümdarın şahsına bağlılık, Doğu kavimləri arasında dai­ma bir fazilətaddədilə gəlmiştir (Ağaoğlu 2013:108)”.

Görkəmli şəxsiyətimiz bizəgörə Türk dövlət gələnəyi haqda bunları yalnızca Osmanlı dövlətinin sonvaxtlarına, Türk dövlətçiliyini yalnızca Osmanlının o çağına görə dəyərləndirmişdir. Türk dövlət anlayışına görə xaqanlıqTanrı tərəfindən verilir. Bu anlayış Kül Tigin abidəsinin şərq üzündə bu cür əksetdirilmişdir: "Yuxarıdakı Türk Tanrısı və Türkün müqəddəs yer və su (iyələri)Türk xalqı yox olmasın deyə, xalq olsun deyə, atam İltəriş Xaqanı və anamİlbilgə Xatunu göyün təpəsindən tutub (daha) yüksəyə qaldırmışlar.” (Tekin2006:27). Bilgə Kağan abidəsinin qüzey üzündə isə; "Yuxarıda göy, aşağıdayer lütfetdiyi üçüñ…” (Tekin 2006:48); "Tanrı, Türk xalqınınadı-sanı yox olmasın deyə məni xaqan (kimi) taxtda əyləşdirdi” (Tekin2006:31). Bu ifadələrdən də aydın görünür ki, Türk xaqanları zor gücünə xaqanolmayıblar, onlar xaqanlığa layiq olduqlarına görə xaqanlıq taxtında əyləşiblərvə bunu heç vaxt unutmayıblar. Bu cümlələrin ifadə etdiyi anlamı "KitabiDədə Qorqud”da da görürük. Bamsı Bəyrək boyunda; "O zamanda bəylərinalqışı alqış, qarqışı qarqış idi. Duaları qəbul olurdu.” (Gökyay2006:71), yəni bəylər Tanrıya çox yaxın idi, xalqa canı yanan, mərhəmətli,adil, ləyaqətli şəxslərdi. Xaqanlar, komandirləri və xalq bunu unutduqlarındaisə; "Ağılsız, ləyaqətsiz xaqanlar taxtda əyləşib, komandirləri dəağılsız imiş şəksiz. Bəyləri və xalqı itaətkar olmadığı üçüñ Türk xalqı qurduğudövlətini itirib.” (Tekin 2006:27) şəklində Kültigin abidəsinin şərqüzündə yer tutan bu ifadələrə görə dövlət əldən getmişdir.

Bu tarixi qaynaqlarındediyi ilə Əhməd Ağaoğlunun irəli sürdüyü fikirlər düz gəlmir.

AĞAOĞLUNUN HAKİMİYƏT(HÖKUMƏT) ANLAYIŞI

Ağaoğlu,hökumətlə bağlı fikirlərində isə bunları demişdir:

"Doğu'da gənəlliklə hü­küməthükümdardan ibarəttir, hükümdarsa, ta əskidən bütün Doğu üzərinə manəvi təsirdəngəri kalmayan İran'ın təlâkkisinə uygun bir şəkildə bəlirtmiş­tir” (Ağaoğlu 2013:110). Görkəmli şəxsiyətimiz həmin səhifədəbunları yazıb:” Hükümdarı idarə əttiği cəmiyət seçər və seçildiktən sonraiki türlü sorum­lu olur: Maddi olarak cəmiyət huzurunda və manəvi olarak Allahhuzurunda” (Ağaoğlu 2013:109).

Birincisi bizim dövlətçilikvə hakimiyyət anlayışımızla Pərslərin/Farsların anlayışı əsla bir-birinə uyğungəlməmişdir. İkincisi ən qədim vaxtlarda da Türk xaqanları qurultaylardaiştirakçıların rəyi ilə xaqanlığa layiq olan kimdirsə o seçilmişdir. Örnəkolaraq Göytürklərdə xaqan zəif xarakterli olduğundan dövlətin qabaqcılları birqurultay toplayır və daha əvvəlcə xaqanlıq etmiş dörd xaqanın oğullarından ənbilikli, ən ləyaqətli, cəsur və soylu olan Işbaranı xaqan seçmişdir (Ögel1982:66-67). Göytürklərdə xaqan seçilən şəxsin boynuna ipəktən hörülmüş bir ipidövlətin sayğın şəxsləri dolayıb dartıb sıxar və neçə il xaqan kimi qalacağınısorub and içirdərlərmiş (Ögel 1982:66), bu da xaqan olanların öz kefi istədiyiqədər hakimiyyət sürə bilmiyəcəyi və xaqanlığın tələb etdiyi dövlət adamlığınıhəyata keçirməkməcburiyyətində olduğu düşüncəsinivurğulayır.

Ancaq bir şeyi yaddan çıxarmayaq ki, Əhməd Ağaoğlu fikirlərindədaim Osmanlı dövlətini nəzərə almışdır. O haqlı olaraq, "İstanbul Mahkə­məsi,sırf İngilizlərə və Ərmənilərə hoş görünmək için, sokaklarda İslamları çilyavruları gibi takip və ələ geçirdiklərini idam ettirdiği zaman, İngiliz hâkim­ləritoplanarak İngiliz hükümətinin, Alman imparatorunun Londra'ya alınma­sı vəorada İngiliz hâkimləri tarafından muhakəmə olunması kararını şiddət­lə protəstoediyorlar” (Ağaoğlu 2013:135) deyərək dövlət hakimiyyətində müəyyənstrateji yerləri işğal etmiş satqınları tənqid atəşinə tutur. Bu tənqiddənİngiltərənin bir dediyini iki etməyən sultan da öz payına düşəni götürür. "SultanVahdəddin hüküməti, İngiliz Miralayı Maxwəll'in əmri ilə, Ermənilərə hər İslamvə Türk əvinə girərək şüphəli gördükləri kızları alabil­mək için bir bəlgə vərdiğivə bu yüzdən birçok İslam kızlarının din və bəkâ­rətlərinə təcavüz olunduğuhaldə, Alman milləti və hüküməti yüzlərcə milyar tazminatı, bütün harp və ticarətfilosunun yok edilməsini və diğər müthiş şart­ları kabullənməsinə rağmən, əvlâdındanbir tək adamın düşmanlara təslimi­nə razı olamıyor.” (Ağaoğlu 2013:136).

Ağaoğlu haqlı olaraq Sultan?!adlanan şəxsi yerin dibinə batırır. Son Osmanlı padşahı Atatürk və silahdaşlarıölkəni işğal edən imperialistlərə layiq olduqları cavabı verib onları ölkədənqovduğunda bir İngilis gəmisinə minərək qaçmışdır. Türk xaqanına qaçmaqyaraşmazdı, o bir ovuc qanından qorxmamalıydı. Örnək olaraq Çinlilər Çiçi Xaqanımühasirəyə saldığı halda o son gecə qaranlıqdan istifadə edərək aradan çıxmamışailəsiylə, uşaqlarıyla birlikdə qalmış və döyüşərək Türk kimi canınıtapşırmışdır (Ögel-II 1981:185-186).

AĞAOĞLUNA GÖRƏ ÜÇ DİN

Ağaoğlu, əsərinin "Üç Kültür” hissəsindəBudda-Brahman, Qərb və İslam mədəniyətlərini, yəni üç dinə inananları müqayisəedərək, "Garp kültürü dinamiktir.İslam və Buda-Brahman kültürləri statiktir! Biri­si mütəharriktir; diğərlərisakin! Birisi iləriyə doğru yürüyən, koşan, açılan, ya­yılan cəvval birvarlıktır. Ötəkilərsə bir noktada donup kalmış buz parçalarıdır!” (Ağaoğlu 2013:139) deyərək öz fikrinibildirir. Ancaq yaddan çıxarılmamalıdır ki, o vaxt da indi də İslam dinilayığınca başa düşülməmişdir. İslam, ən başdan elmə üstünlük verdiyi halda XIIIəsrdən etibarən buna uyulmamış, İslam dünyası xurafatın bataqlığına sonqulmuş,islam dinini yalnızca oruc tutub namaz qılmaq, dua oxumaq kimi başa düşmüş,müsbət elmlərdə hər-hansı ixtiraya imza atmamış və qərbdən geridə qalmışdır.

Ağaoğlu həmin əsərində "Din” və inam mövzusuyla bağlıolaraq,"Şiilik Şah İsmailden evvel de mevcuttu. Hele Ömer zamanında İslamiyetleZerdüştlük ilk temas ettiği günden itibaren Alevilik, Zerdüştlüğün İslamiyete karşıyürüttüğü tepkisinin bir ifadesi oldu. Daha o zamanlar Zardüştün "İlahi Hüquq” teorisiile Muhammedin "icmai-ümmet” (İslam müçtehidlərinin bir məsələhaqda ictihad yoluyla verdiklər hökmdə ittifaq etmələri.) teorisi ve Zerdüştün"beşeri iradenin serbestliği” fikri ile Arap Peygamberinin "kader ve kısmet”leilgili duyguları, Zerdüştün insanın Allahlık seviyesine yükseltilmesinekarşılık olarak Muhammedin Allahlık ile insan arasına aşılmaz ayrılıklar getirmesigibi birbirine tamamen zıt olan zihniyetler arasında derin çarpışmalar meydanagelmiş ve bunların mahsulü olarak Şiiliğin teolojik cephesi kurulmuştu!(Ağaoğlu2009:34-35) deyir. Ağaoğlunun bu sözləri Ankarada 1941-ci ildə çap olunan əsərindəyer tutmuşdur. Bu cümlələr onun dini anlayışı haqda kifayət qədər məlumat verməkdədir.Mərhum Şəriətmədari 1977-ci ildə İranı ziyarət edən Türkiyənin xariciişlərnaziri Gündüz Ökçünə Şiəlik ilə Hənəfilik arasında hər-hansı fərq olmadığını,yalnızca təfərruatlar arasında müəyyən dəyişikliklər olduğunu söyləmişdi(Günaydın qəzeti 1977).

"Din kul ilə Allah'ın arasını düzənləyən bir prənsiplərsistəmindən ibarət­tir. Ohaldə dinin konusunu yalnız inanışlarla ibadətlərə ait hususlar təşkil ədər”(Ağaoğlu 2013:48).

"Dəmək ki, İslamiyət'tə əsas, inançlarla ibadətlərdir.Bunlar əbədidir, dəğiş­məz. İkinci dərəcədə olan isə, dünya işlərinə ait olankısımlardır. Bunlar İsla­miyət'ə təsadüfi olarak girmiştir” (Ağaoğlu2013: 48).

"Tarihindədinini ən aşağı iki kərə dəğiştirməyən hangi millət vardır?Türklərməsəla vaktiylə Şamanizm və daha sonra birçok dinlərə girdiktən son­ra İslamiyət'ikabul etmişlərdir (Ağaoğlu 2013:31)”

İrəli sürülən bu fikirlər Ağaoğlunun həm İslamla həm dəbizim səmavi xarakterli və mifik çağlardan bəri inandığımız Tanrıçılıqinamımızla bağlı o qədər də dərin fikir sahibi olmadığını göstərir. Ancaqdaha sonrakı səhifələrdə; "Dini bu halə gətirən və camiləri boşaltan, yinədin əmrini düzənləmək iddiasında bulunarak insanın ruh halindən tamamıyla habərsizolanlardır. Hutbə və vaazlarımız, yüzyıllardan bəri təkrarlanan və halk­ça dilianlaşılmayan bilməcələrdən ibarət, aynı nakarattır.” (Ağaoğlu 2013:88)deyərək dini məhv edənlərin cahil din adamları olduğunu vurğulamışdır, lakinbiraz öncəki sözləri ilə bu düşüncəsi tam anlamıyla ziddiyət təşkil edir.

Ağaoğlunun "Üç Mədəniyət” adlı əsəri əslindəbaşdan ayağa Qərb mədəniyyətinə düzülmüş mədhiyədən ibarətdir. Bu da insanıheyrətə gətirir. Hər bir xalqda olduğu kimi Türklər də yaratdıqları mədəniyətmirasını böyük qanlar tökərək qorumasını bilmişdir və tarixin ən başından bəri çıxdığıyürüşünə bugün də davam edir. Əgər milyonlarla evladının qanları bahasınayaratdığı mədəniyəti Ağaoğlunun dediyi kimi dəyişdirsəydi bugün Türk deyilənbir millət yer üzündə olmazdı.

Çuvaşlar İvanYakovlevin vəsiyətinə uyaraq Tanrıçılıq inamını buraxaraq RuslarınOrtodoks xıristiyanlığını qəbul etmiş (Altaylı-Hüseynova:311-312) və bugünqırmızı kitaba düşmək səviyəsinə çatmışlardır. Yuxarıda işarə edilən İşbaraKağanın söylədiklərini xatırlayaq.

AĞAOĞLUNUN ƏXLAQANLAYIŞI

Ağaoğlu əxlaqla bağlıfikirlərində o çağın toplum nizamı ilə bağlı olaraq çox haqlı fikirlər irəlisürmüşdür. O həmin əsərində Türk xalqını öyərək, "Türk halkı daimakahramanlık və şərəf örnəği olagəlmiştir. Büyüklərinin kafasızlığı vəahlâksızlığı yüzündən, mahv və pərişan olmak üzərəykən, bu halk, güvəndiği öndəribulur bulmaz, milləti və dəvləti nicə fəlâkətlərdən, buhranlardan, çökmələrdənkurtarmıştır” (Ağaoğlu 2013:56) deyərək Türk millətinin tarihixarakterinin portretini çəkmişdir.

O haqlı olaraq, "Bugünbilə, İstanbul'dan Malta'ya gələn gazətələrdə, vəliahdın, Türk mücahitləriyləyap­tıkları bir çarpışmada yaralanmış İngiliz askərlərini ziyarət ettiğini vəonların hatırını sorarak kəndilərinə şəkərləmələr dağıttığını okudum (Padşah ƏbdülməcidS.A.). Avrupa'nın ən süfli bir yerində bu kadar zillətə katlanacak bir vəliahtdeğil, ən aşağı bir ha­mal bilə tasavvur ediləbilir mi? Vəliaht bunu yaparkən,padişah da İngiliz mis­yoneri Rahip Frəw’u arka kapıdan kabul ediyor və vatanınzilləti, mil­lətin əsarəti pahasına İngiliz dretnotları sayəsində taht vətacını korumaya ça­lışıyor.” (Ağaoğlu 2013:55-56) deyərək Osmanlı vəliəhdininTürkə yaraşmayan hərəkətini yerin dibinə batırmışdır. Digər tərəfdən, "İstanbul'dabu rəzillər, bu alçaklıkları yaparkən, Anadolu'da Türk köylüsü, Türk halkı,başında kəndisinə yol göstərəbiləcək Mustafa Kəmal Paşa gibi azim və iradəsahibi bir öndər gö­rür görməz, millətinin, dininin və toprağının şərəf vəşanını, onurunu, bağım­sızlığını son əkməğiylə və son damla kanı ilə müdafaayakoyuldu.” (Ağaoğlu 2013:56) deyərək Anadoluda Atatürkün rəhbərliyindəyeridilən Azadlıq Müharibəsini və Anadolu xalqını, xüsusilə də kəndlisiniöymüşdür.

AĞAOĞLUNUN AİLƏ İLƏBAĞLI FİKİRLƏRİ:

Ağaoğlu "Üç Mədəniyət” əsərindəhaqlı olaraq ailəni "Sosyal hayatın ilk və ən dəvamlı hücrəsi ol­makla bərabər,fərdi hayatın da ən samimi, ən mukaddəs bir ocağıdır” (Ağaoğlu 2013:80)deyə təsvir edir və "Əflatun ilə Fourier kimi şəxslərin ailəni şəxs ilətoplum arasında bir maneə mahiyyətində gördüklərindən ailənin tamamilə aradangötürülməsini istəyirdi” (Ağaoğlu 2013:80) deyə onları tənqid atəşinətutur. Türk ailəsi haqda isə, "İlk bakışta bilə, ailəmizin kuruluş şəkli,Türk cəmiyətini türlərin ayıklan­ması kanununun verimlərindən yoksun ettiğinigöstərir. Bizdə əvlənəcək er­kək və kadının birbirinə yanaşmaları, karşılıklıcazibədən ziyadə, onların di­lək və seçmələrinin dışında olan bazı amillərəbağlıdır” (Ağaoğlu 2013:82-83) deyərək Darvinçi bir düşüncədən çıxışedir. Biraz sonra da "İkinci amilə,yani ailənin mətanət və sağlamlığı əsasına gəlincə, bizdəki ailə təşkilatının nəkadar gəvşək olduğunu nə kadar zayıf və ən ufak çarpışmaya mukavəmət edəmədiğiniiçtimai hayatmızı incələyənlərin həpsi büyük bir əsəf­lə kaydətməktədirlər”sözlərini yazaraq Türk ailəsi kimi sağlam bir ictimai qurğunu yerin dibinəbatırır (Ağaoğlu 2013:82-83).

Türk ailəsi mikro mənadaTürk dövlətidir. Bu qurum Türk ictimai nizamının özəyidir və qan qohumluğuna əsaslanır.Dünyanın üç qitəsinə yayılmış, hər mədəniyətə təsir göstərmiş Türkün ailənizamı tarix boyu pozulmadığına görə də həm özü həm də dövləti var olmuşdur(Kafəsoğlu 1998:227-228) əbədiyyətə kimi də var olacaqdır. Türk qadınları vəqızları ən qədim çağlardan bəri azad hərəkət etsə də öz iffətini qısqanclıqlaqorumuş, idman yarışlarında, güləşdə iştirak etmiş, döyüş zamanlarında da əriylə,qardaşı və yoldaşları ilə çiyin-çiyinə dayanıb düşmənlə vuruşmuşdur. Türkqadınının ləyaqətinin, şəxsiyyətinin ülviliyi ilə yanaşı bu xüsusiyyətləri,bütün xarici səyyahlar və araşdırmaçılar tərəfindən qeyd edilmişdir (Kafəsoğlu1998:229). "Kitabi Dədə Qorqud”da evliliklə bağlı birçox yerdə qeydlər vardır.Örnək olaraq "Qanlı Qocanın oğlu Kan Turalı” boyunda QanlıQoca oğlunu evləndirmək istədiyində Kan Turalı atasına "Ata mənyerimdən durmamış o durmuş, ayağa qalxmış ola, mən qaraqoç atıma minmədən ominmiş ola; mən qanlı kafir elinə varmadan o varmış və mənə baş gətirmiş ola”(Ergin 2003:83) deyir. Tarixdən bu barədə yüzlərlə örnək vermək olar. Ən yaxınçağımızda, Anadoluda yeridilən İstiqlal Müharibəsində və Qarabağ döyüşlərindəTürk qızları, qadınları düşmənlə vuruşmadımı?!

Ağaoğlu daha sonra "Türkcəmiyətinin dayanağı olan Türk ailəsini bu durumdan kurtarmalı, Türk içti­maibünyəsinin də gərəktirdiği üzərə, bu ailəyi, koca və karının hukukça eşitliği əsasıüzərinə kurmalıdır” (Ağaoğlu 2013:85) deyərək Türk ailəsinin gerçəkxarakterinin yüksəkliyini vurğulamışdır. Ancaq sabit fikirli olmadığı biraz öncəkisətirləri ilə sonra yazdıqlarından aydındır.

Görkəmli ziyalımız Ağaoğluo vaxtlar həm Azərbaycan həm də Anadolu toplumunda xurafatın hakim olduğu vəqadını qara çadranın içinə həbs edən zehniyəti yuxarıda nəyə görə ümumiləşdirmişdirbunu başa düşmək çətindir.

AĞAOĞLUNUN ƏDƏBİYATLABAĞLI DÜŞÜNCƏLƏRİ

Görkəmli ziyalımız Ağaoğlu ədəbiyatımızla əlaqəli olaraqbunları yazıb. "Bizim əski ədəbiyatta hayata ait büyük bir şeybulamazsınız. Zatən hayatı özəlliklə konu yapan hikâyə, roman, trajedi, ko­medivə bənzəri gibi ədəbi şəkillər, ədəbiyatımıza həmən tamamıyla yabancı­dır.Hâkim olan şəkillər kasidə, hiciv və gazəldir. Gerçi ta ən əski Fars ediplə­rindənbəri, Hüsrəvvə Şirin, Fərhat və Şirin, Leylâ və Məcnun, İskəndərnaməgibi romanımsı bazı əsərlərvarsa da bunlarınadları bilə hayattan pək uzak olduk­larını göstəriyor.” (Ağaoğlu 2013:92) və daha sonra belə davam edir "NamıkKəmal'in yolu hiç olmazsa iki kuşak takip edilmiş olsaydı, şüphə yok ki, bugüngərək geçmiştəki və gərək içində yaşadığımız hayat ədəbi əsərlərə aksedəcəkti.Halbuki bugün Osmanlı və özəlliklə Türk hayatını ədəbi əsərlə­rimizdəaramak boş yerədir. Bir Türk köylüsünü, bir Türk tüccarını, məmuru­nu,sanatkârını, öğrətmənini, siyasət adamını, işçisini, kızını, annəsini, fikirada­mını, inkılâpçısını, gəncini, bunların dərtlərini, istəklərini, fikirlərini,əməllə­rini Türk ədəbiyatında gördünüz mü? Zamansızlık ədəbiyatımıza hâkimdir”(Ağaoğlu 2013:93). Ancaq biraz sonra isə bunları yazıb; "Türkçü­lər dəaynı zəmin üzərində yürüyərək, gənçliğə Türklük və vatan aşkını aşı­lamakta,Türklük və vatan konularını səvdirməktədirlər. Bu bakımdan, Türk­çü ədəbiyat, gənələdəbiyatımızın mahrum olduğu bütün hususları, çəkirdək halində olsun taşıyor.Bu ədəbiyat idəalisttir. Çünkü aldığı konuyu idəalizə edi­yor. Millidir. Çünkükonusu Türk hayatıdır, Türk vatanıdır.”(Ağaoğlu 2013:96). O davamla, "BuradanBakü'yə və Bakü'dən Türkistan'ın ortalarına kadar, bütün Türk kalp­lərini birləştirən,aynı həyəcanla çarptıran, Türk'ün dərtlərini, səvinçlərini, ək­siklərini vəihtiyaçlarını, mütəvazı hayatını dilə gətirərək, birbirinə karşı, bir bağ­lılıkkuran dört yazar görüyorum: Namık Kəmal, Məhmət Əmin, Məhmət Akif və Rəşat Nuribəylər. Azərbaycan əvlərində "Vaveyla" ilə "Bən birTürk'üm", "Bülbül", "Çalıkuşu" yan yana duruyorlar vəaynı fikirlərlə, aynı duyguları uyan­dırmaktadırlar.” (Ağaoğlu 2013:96)deyir. Birincidən başlayaraq dördüncü abzasa kimi qeyd etdiyi fikirlərəbaxdıqda düşüncələrinin bir-birini təkzib etdiyini görürük, bu da heyrətyaradır.

Əlbəttə hər bir millətin özünə məxsus ədəbiyatı vardır.Bizdə roman, hekayə, tamaşa əsərləri qərbsayağı biçimdə Tənzimatdan sonrayaranıb, ancaq mifik çağlardan bəri yaratdığımız şifahi ədəbiyat örnəklərimiztoplumumuza heçmi birşəy qazandırmadı!? Yəni bizim ozanlarımızın çalıb söylədikləridastanlar, saqular, yuğ mərasimlərində həyata keçirilənlər, qəhrəmanlıq mahnıları,ən qədim çağlarda meydanlarda bədahətən nümayiş etdirilən tamaşalar Ağaoğlunagörə ədəbiyyat örnəyi deyildir vəssalam!

İsadan öncə 192-ci ildə Tanrıqut Baqaturun (Mətə) Çin məlikəsinəyazdığı ibrətamiz məktub (De Groot-Asena 2011;99) əlçatmazbir dünya görüşünün və yüksək diplomatiyanın məhsuludur. O məktubu Tanrıqutayazdıran da yaratdığımız yüksək səviyəli ədəbiyat olub. Yenisey qəbirdaşlarını, ülvi bir dövlət diliylə yazılan Orxon abidələrini, Kaşqarlınındivanını, "Kitabi Dədə Qorqud”u Avropasayağı ədəbiyyat məhsullarının yaratdığıduyğularmı ərsəyə gətirdi!? Orxun abidələri səviyyəsində dünyada dövlət diliyləyazılmış ikinci bir qaynaq vardırmı?! Mərhum görkəmli alimimiz Osmanlınıntənəzzül dövründəki atmosferdən hürkmüş, Fransada romantizmdən realizmə keçidinduyğularını ruhuna hopduraraq şanlı ədəbiyyatımızı təhqir edən bu sözləriyazmışdır deyə düşünməmək olmur!

AĞAOĞLUNUN SƏNƏT ANLAYIŞI

Mərhum ziyalımız sənətimiz haqda, "Ney'in bütün ahənkləri,sazın bütün şikâyət­ləri, udun bütün ahları, Doğu'nun o yüzyıllarca əzilmişruhunun birər inilti­sidir. Bu iniltilər, sərbəst yaşayan, sərbəst düşünən, sərbəstnəfəs alan, sərbəst duyan göğüslərdən çıkmaz. Onlar, padişah cəllâdının bıçağıaltında titrəyən­lərin, kadı əfəndinin kâfir sayması və lanətləməsi ilə susmayaməcbur olanla­rın vəya harəmin sıkıntıları içində əzilən bir kadının ruhundankopan fəryatlardır ki, bugün də dinlədiğimiz zaman bizə fərahlık yerinə üzüntü,həyəcan yerinə sıkıntı və kədər veriyor.” (Ağaoğlu 2013:98) deyir vədavam edir, "Türk göğ­sünə Bizans kilisələrindən gələn alçaltıcı inləmələrdənziyadə, Wagnər'lərin (Alman opera bəstəkarı, teatr direktoru,musiqi nəzəriyyəçisi və yazıcısı. S.A.) gür­ləmələri daha uygun değilmidir? Yörük Ali'yə Rum kızının göbək atmaların­dan ziyadə, Batı polka vəmazurkası daha ziyadə yakışmaz mı?” (Ağaoğlu 2013:98). Bu ifadələrqarşısında deyiləcək söz tapmaq çətindən də çətindir. Ağaoğlu kimi bir ziyalıbu sözləri nə cür yazıb deyə heyrət etməmək mümkün deyil. İsanın dünyaya gəlməsindən3000 il əvvəl ulu babalarımızın qurduğu Çu, Hun, Sak, Göytürk dövlətlərindəozanların çaldıqları qopuzun varlığına müxtəlif mənbələrdə işarə edilmiş (Əroğlu2011:15), aparılan arkeoloji qazıntılarda müxtəlif növ qopuzlar ələ keçmişdir.Çin salnamələrində isə 28 növ Hun xalq mahnısının varlığı qeyd edilmişdir (Esin2018:540). Görkəmli şəxsiyətimiz Ağaoğlunun görən o vaxtlar mifik çağlardan bəriozanların sinəsində xalqa mənəvi güc və basılmazlıq aşılayan qopuzdan və onunfunksiyasından xəbəri vardı!?

NƏTİCƏ

Ağaoğlu XX yüzilin ən maraqlı ziyalılarından biridir. İlkin düşüncələriniÇar Rusiyasının fikir və sənət adamlarının əsərlərini oxuyaraq mənimsəmiş,Parisdə olarkən romantizmdən realizmə keçid prosesindəki fikirlərin təsirindəqalmış, Anadoluya bu düşüncələrlə getmişdir.

Onun həyatında Azərbaycan, Fransa və Anadolu olmaqla üç mərhələ vardır.Sabit fikirli deyildir, bir səhifə öncə yazdığını bir səhifə sonra özü təkzibetmişdir.Ancaq millətçiliğinə, türkçü düşüncələrinə, vətənpərvərliyinə əsla söz ola bilməz.Nəriman Nərimanova yazdığı ikinci məktubunda dilə gətirdiyi; "Təmsil etdiyinizfikir sisteminə qatılmıram; Türklər üçün qurtuluş imkanının təkçə Osmanlıtürklüyündə olduğu haqqında sizə də məlum olan fikir və qənaətimdə qalıram; əsarətdənqurtararaq mənə yenidən can və varlıq vermiş Ankaraya getməyim mənim üçün birnamus borcudur… Türklük bölünmə qəbul etməyən tamdır. Məqsəd ona xidmətdir. Buxidmət harada edilirsə müqəddəsdir, mübarəkdir” (Əhməd 2019:13).

Ağaoğlu ömrü boyu heç kəsin qarşısında əyilməmiş, sözünü harda olsa sərrasddemişdir. Ömrünün son anlarında evladlarına dediyi "Boynunuz bükülməsin.İnsanın boynu yaş ağac kimidir. Bir dəfə büküldüsə, bir daha qalxmaz! Yalnızmaddi zövqlər üçün boyun əyərək yaşayıb ölmək səfil bir həqiqətdir. Fəqəthaqsızlığa boyun əymədən, birinə yarınmadan yaşayıb ölmək insana maddi zövqlərvərməsə də, ehtişamlıdır” (Əhməd 2019:15).

Ağaoğlu yeni bir nəzəriyə ortaya atan bir ziyalı əvəzinə hərəkat adamıdır. ƏliBəy Hüseynzadə və Ziya Gökalp kimilərlə onu fərqləndirən cəhət də bu yönüdür.

QAYNAQLAR

1.Ahmady, Enamullah, Cemaleddin Afgânî’ninDüşünce Dünyası, Selçuk Üniversitesi Sosyal Bilimler Enstitüsü Felsefe ve Dinbilimleri Anabilim Dalı İslam Felsefesi Bilim Dalı, Konya 2012

2.Ağaoğlu, Ahmət, Üç Mədəniyət, Doğu Kitabəvi, İstanbul 2013

3.Ağaoğlu, Əhməd, İran və İnqılabı, Azərnəşr, Bakı 2009

4.Akçura, Yusuf, Yeni Türk Devletinin Öncüleri, Kültür Bakanlığı Yayınları,Ankara 2001

5.Altaylı,Seyfəddin-Hüseynova, Nigar, Türk Xalqları Ədəbiyyatı, Elm və Təhsil, Bakı 2018

6.Armaoğlu, Fahir, 19. Yüzyıl Siyasî Tarihi, 16. Baskı, Timaş, İstanbul 2016

7.Çetin, Halil, Ağaç Motifli Osmanlı Saltanat Rüyasının Tabirinin İlmi AçıdanDeğerlendirilmesi, Akademik Bakış, Cilt 5, Sayı 10, Yaz, Ankara 2012

8.De Groot,J.M.-Asena, G. Ahmetcan, Hunlar ve Türkistan, Pan Yayınları, İstanbul 2011

9. Əhməd, Dilqəm, Ağaoğlu,Əhməd Bəy,Çapar Dərgisi, Bakı 2019

10. Əhmədov, Bədirxan, TürkçülüyünÜçlü Formulu, Əlm və Təhsil, Bakı 2019

11.Ergin, Muharrem, Dede Korkut Kitabı, Hisar Kültür Gönüllüleri, İstanbul2003

12.Eroğlu,Sinan Cem, Kopuzdan Altıtelli Kopuza Uzanan Süreçte Fiziksel ve İcra TeknikleriBakımından Meydana Gelen Değişim ve Gelişmeler, İTÜ Sosyal Bilimlər Enstitüsü,İstanbul 2011

13.Esin, Funda, Tarihsel Süreçte Kopuzun Serüveni, Uluslararası SosyalAraştırmalar Dergisi, Cilt:11, Sayı59, Ekim 2018

14.Gökalp, Ziya, Türkleşmek-İslamlaşmak-Muasırlaşmak, Ötüken Yayınevi, Haz.Mustafa Özsarı, İstanbul 2014

15.Gökyay, Orhan Şaik, Dede Korkut Hikâyeleri, Kabalcı yayınları, İstanbul2006

16.Karakoç, Eren, Antik Uygarlıklar Tarihi, Ankara 2014

17.Ögel, Bahaeddin, Büyük Hun İmparatorluğu Tarihi, Kültür BakanlığıYayınları, Ankara 1981

18.Ögel, Bahaeddin, Türk Kültürünün Gelişme Çağları, Türk Dünyası AraştırmaVakfı yayınları, İstanbul 1988

19.Ögel, Bahaeddin, Türklerde Devlet Anlayışı, Başbakanlık Basımevi, Ankara1982

20.Tekin, Talat, Orhon Yazıtları, TDK yayınları, Ankara 2006

21.Tolstoy, Leo Nikolayeviç, Din Nedir? Furkan Basım ve Yayın, İstanbul 1995

TƏQVİM / ARXİV