adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
21 Dekabr 2019 16:53
32281
DÜNYA
A- A+

ABŞ-da 55 il əvvəl oğurlanmış körpə tapıldı

ABŞ-ın Miçiqan ştatında 55 il əvvəl oğurlanmış körpə tapılıb.

Adalet.az-ın məlumatına görə, 1964-cü ilin aprelində Çikaqo şəhərində Dora Fronçak adlı qadının oğlu dünyaya gəlib.

Növbəti gün tibb bacısı geyimində olan qadın uşağı həkimə göstərmək adı ilə götürərək uzaqlaşıb. Həmin dövrdə böyük əks-səda doğurmuş hadisə ilə əlaqədar axtarışlara polis, Federal Təhqiqat Bürosunun agentləri və hətta poçtalyonlar qatılıb.

İki il sonra D.Fronçakın oğluna bənzər uşaq tapılsa da, 2014-cü DNT analizləri onun həmin uşaq olmadığını müəyyənləşdirib.

Nəhayət, bu il Miçiqan ştatında yaşayan 55 yaşlı kişinin həmin uşaq olduğu aşkar edilib. Qeyd olunur ki, həmin şəxs xərçəng xəstəliyindən əziyyət çəkir. İstintaq davam etdiyi üçün onun adı açıqlanmır.