adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
21 Dekabr 2019 16:49
15570
GÜNDƏM
A- A+

Hikmət Hacıyev Beynəlxalq Türk Akademiyasının prezidenti ilə görüşüb

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Beynəlxalq Türk Akademiyasının (BTA) prezidenti Darxan Kıdırali ilə görüşüb.

Adalet.az-ın məlumatına görə, görüşdə BTA-nın gördüyü işlər nəzərdən keçirilib və gələcək planlar müzakirə edilib.

Prezidentin köməkçisi Akademiyanın işini yüksək qiymətləndirib və Azərbaycan tarixinin birlikdə öyrənilməsi təklifini alqışlayıb.

D.Kıdırali Akademiyanın sənədlərini ilk dəstəkləyən və təsdiqləyən ölkə kimi Azərbaycan tərəfinə minnətdarlıq ifadə edib.