adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
21 Dekabr 2019 16:38
14467
MƏMLƏKƏT
A- A+

Hərbi hissələrdə və cəzaçəkmə müəssisələrində seçki məntəqələrinin yaradılması başa çatır

Azərbaycanda fevralın 9-a təyin edilən növbədənkənar parlament seçkiləri ilə əlaqədar hərbi hissələrdə, istintaq təcridxanalarında və cəzaçəkmə müəssisələrində seçki məntəqələrinin bilavasitə seçkilərdən əvvəl yaradılması müddəti başa çatır.

Adalet.az-ın məlumatına görə, növbədənkənar parlament seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, məntəqələr dairə seçki komissiyaları tərəfindən (seçicilərin olduqları ərazilərdə müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi) və bələdiyyə qurumlarının başçıları ilə birlikdə) səsvermə gününə azı 50 gün qalanadək, 2019-cu il dekabrın 21-dək yradılmalıdır.