adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
21 Dekabr 2019 16:12
11018
HADİSƏ
A- A+

Bakıda mağazada oğurluğa cəhd edən şəxslər saxlanıldı

Polis əməkdaşlarının çevikliyi və operativliyi ilə oğurluğa cəhd edən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyindən  verilən məlumata görə, dekabrın 20-də saat 16 radələrində Səbail rayonunun R.Rza küçəsindəki mağazaların birində oğurluğa cəhd göstərən 2 nəfər həmin ərazidə xidmət aparan DİN BİTİ-nin Diplomatik Nümayəndəliklərin Mühafizəsi üzrə Əlahiddə Polis Taborunun əməkdaşları tərəfindən saxlanılıb.

Səbail RPİ-nin 39-cu Polis Bölməsinə təhvil verilən şəxslərin paytaxt sakinləri N.Həsənova və əvvəllər soyğunçuluğa görə məhkum olunmuş R.Seyidov olduqları müəyyən edilib.

Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla N.Həsənovanın Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olması da məlum olunub.