adalet.az header logo
  • Bakı 20°C
21 Dekabr 2019 16:07
29087
DÜNYA
A- A+

Sarkisyanın axtarışda olan qardaşı oğlu Ermənistana gətirildi

Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın axtarışda olan qardaşı oğlu Narek Sarkisyan Çexiyadan Ermənistana gətirilib.

Adalet.az-ın erməni KİV-lərinə istinadən məlumatına görə, N.Sarkisyan silah və narkotik vasitələr saxlama, fırıldaq ittihamları ilə axtarışa verilmişdi.

O, həmçinin "adam oğurluğu”nda şübhəli bilinir.

Xatırladaq ki, N.Sarksiyan bir müddət əvvəl Praqada saxta Qvetamala pasportu ilə saxlanmışdı. Çexiya Ədliyyə Nazirliyi onun Ermənistana ekstradisiyası barədə qərar çıxarmışdı.