adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
20 Dekabr 2019 17:49
40097
KRİMİNAL
A- A+

Bakıda naməlum şəxslər küçədə 24 yaşlı şəxsi döyüb qarət etdilər

Bakıda naməlum şəxslər küçədə vətəndaşa hücum ediblər.

Trend-in məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu, Moskva prospekti 82 saylı ünvanın qarşısında baş verib.

Bakı şəhər sakini, 1995-ci il təvəllüdlü Niftullayev Elnur Aydın oğlu səhər saat 06 radələrində həmin ərazidə olarkən 4 nəfər naməlum şəxs ona hücum edib. Həmin şəxslər E.Niftullayevi döyərək cibindən 100 manatını götürüb hadisə yerindən qaçıblar.

Faktla bağlı araşdırmalara başlanılıb.