adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
20 Dekabr 2019 15:58
33121
DÜNYA
A- A+

Ərdoğan: Ermənistanın qondarma soyqırımı barədə heç bir sübutu yoxdur

Ermənistanın qondarma soyqırımı barədə heç bir sübutu yoxdur.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O bildirib ki, Ankara dəfələrlə Ermənistanı 1915-ci il hadisələrinin araşdırılması üçün arxivləri açmağa çağırsa da, Yerevan bundan imtina edir:

"Ermənistanın arxivləri açmamasının səbəbi odur ki, heç bir "erməni soyqırımı” olmayıb”.

R.T.Ərdoğan əlavə edib ki, Türkiyənin 1915-ci il hadisələri ilə bağlı 1,5 milyon arxiv sənədi var.