adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
20 Dekabr 2019 18:08
24950
MƏMLƏKƏT
A- A+

HƏKİMİN NİYƏ 3 MANATA EHTİYACI OLSUN Kİ?

Saytlarda və sosial şəbəkələrdə bir video yayımlanıb. Qusar rayonunda bir həkim, özü də qadın həkim, yanına gələn xəstədən 3 manat pul alır. Təqdir eləmirəm, amma mənə çox pis təsir elədi.

7 il oxu, ali təhsil al, həkim ol və sonra sənin 3 manata ehtiyacın olsun. Niyə axı? Günah o 3 manatı alandadı, yoxsa o həkimi 3 manata ehtiyac qoyanda?

Bakıda hansı xəstəxanaya getsəz, həkimin adi qəbuluna düşmək üçün kassaya 40-60 manat pul ödəməlisən. O da qəbuluna gələndən 3 manat alıb da. O 40-60 manat alanlardan əskikdi?

Deyəcəksiz dövlət xəstəxanasıdı. Dövlət xəstəxanalarının hansı gündə olduğunu və həmin xəstəxanalarda işləyən həkimlərin vəziyyətini hamı çox yaxşı bilir.

Nə isə…