adalet.az header logo
  • Bakı 19°C
20 Dekabr 2019 14:28
15858
GÜNDƏM
A- A+

Moskvada 15 minə yaxın insan təxliyyə edilib

Rusiyanın paytaxtı Moskva şəhərində 60-dan çox obyektdə kütləvi təxliyyə prosesi həyata keçirilib.

Adalet.az xəbər verir ki, bu barədə  Rusiya paytaxtının Fövqəladə Hallar Xidmətinin nümayəndəsi bildirib.

Məlumata görə, son sutka ərzində Moskvada 46 məktəb, 7 məhkəmə, 6 uşaq bağçası, 1 tibb müəssisəsi və 1 inzibati bina partlayış törədiləcəyi ilə bağlı anonim məlumatlar alıb. Ümumilikdə, bu obyektlərdən 15 minə yaxın insan təxliyyə edilib. Axtarışlar zamanı heç bir təhlükəli əşya tapılmayıb.

Qeyd edək ki, Moskva və Sankt-Peterburqda gəmilərin, metro stansiyalarının, dəmir yolu stansiyalarının, sosial obyektlərin partladılacağı ilə bağlı anonim məlumatlar dalğası üç həftədir davam edir. Olay yerinə gələn xüsusi xidmət orqanları əməkdaşları buna qədər heç bir təhlükəli və ya partlayıcı maddə aşkar etməyiblər.

(report)