adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
20 Dekabr 2019 14:16
14735
GÜNDƏM
A- A+

“The Economist” Özbəkistanı ilin dövləti elan edib

"The Economist” jurnalı özünün "ilin ölkəsi” nominasiyasında qalibini açıqlayıb.

Adalet.az xarici agentliklərə istinadən xəbər verir ki, bu ada gözlənilməz olaraq Özbəkistan layiq görülüb.

"Üç il bundan qabaq Özbəkistan sərt və qapalı cəmiyyətə malik, köhnə postsovet diktaturasından başqa bir dövlət deyildi”,- deyə bununla bağlı həsr olunan xüsusi yazıda bildirilir. Müəlliflər əvvəlki prezident İslam Kərimov rejiminin kişi, qadın və uşaqları zorla pambıq plantasiyalarında işləməyə məcbur etdiyini, ölkədə kütləvi repressiyalar aparıldığını vurğulayıblar.
Onların qeyd etdiyinə əsasən İ.Kərimovun yerinə gələn prezident Şavkat Mirziyayev 2018-ci ildən geniş islahatlar həyata keçirir. Hökumət məcburi əməyi dayandırıb, xarici jurnalistlərə çalışmağa şərait yaradıb, daha çox sərhəd məntəqəsini açıb, dünyanın ən sərt cəzaçəkmə müəssisələrindən biri sayılan "Jaslık” həbsxanasını bağlayıb.

Bundan başqa, hazırkı iqtidar kiçik biznesi əzən rüşvət məngənəsindən qurtarıb, xarici mütəxəssisləri Özbəkistanda işləməyə dəvət edib. "The Economist”in rəyinə görə, 2019-cu ildə Özbəkistan qədər irəliləməyi bacaran ikinci ölkə olmayıb.

Qeyd olunur ki, Orta Asiya respublikasının bu nominasiyada əsas rəqibləri Yeni Zelandiya, Şimali Makedoniya, Sudan kimi ölkələr olublar.

Yeni Zelandiya Kraystçörç şəhərində məscidə edilən terrordan sonra hökumətin fəaliyyətinə, Şimali Makedoniya Qərb institutları ilə yaxınlaşmaq naminə adını dəyişdirdiyinə, Sudan isə diktator Ömər Əl-Bəşiri devirdiyinə təqdir qazanıb.