adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
20 Dekabr 2019 14:04
15957
GÜNDƏM
A- A+

Bu ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı artıb

2019-cu ilin yanvar-noyabr aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 14,1 faiz artaraq 5095,0 min nəfər olub.

Dövlət Statistika Komitəsindən  verilən məlumata görə, ölkə vətəndaşlarının 36,7 faizi İrana, 28,7 faizi Gürcüstana, 17,6 faizi Rusiyaya, 11,5 faizi Türkiyəyə, 5,5 faizi isə digər ölkələrə gedib. Gedənlərin 64,0 faizini kişilər, 36,0 faizini qadınlar təşkil edib.

Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 25,5 faiz, Gürcüstana gedənlərin sayı 12,7 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 6,2 faiz, Türkiyəyə gedənlərin sayı isə 4,5 faiz artıb.

Cari ilin yanvar-noyabr aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan Respublikası vətəndaşlarının 82,5 faizi dəmir yolu və avtomobil, 16,8 faizi hava, 0,7 faizi isə su nəqliyyatından istifadə edib.