adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
20 Dekabr 2019 12:15
15144
GÜNDƏM
A- A+

AQTA sədri: Azərbaycana idxal olunan qida məhsulları sərhəddə yoxlanılacaq

Gömrükdə şəffaflaşdırma işlərindən danışılırsa,burada qida təhlükəsizliyi kənarda qala bilməz.

Bu sözləri Bakıda keçirilən "Xarici Ticarət İştirakçılarının 2-ci Respublika Forumu”nda çıxış edən Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib.

Q.Təhməzlinin sözlərinə görə,gələn ildən ölkəyə idxal olunan qida məhsulları üçün qida təhlükəsizliyinə nəzarət məntəqələri yaradılacaq:

"Bu məntəqələr serhəd-keçid məntəqələrinin yaxınlığında olacaq və daha sürətli, keyfiyyətli keçidə şərait yaradacaq”.(oxu.az)