adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
20 Dekabr 2019 11:01
81301
HÜQUQ
A- A+

Anar Bağırov: Məhkəmə eksperti hər hansısa bir işlə bağlı ekspertiza rəyini gecikdirə bilməyəcək

Məhkəmə eksperti hər hansısa bir işlə bağlı ekspertiza rəyini gecikdirə bilməyəcək.

Bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov bildirib. Onun sözlərinə görə, yeni dəyişikliklə ekspert bu məsələdə cuddi məsuliyyət daşıyır:

"Yeni dəyişikliklərə əsasən, ekspert müəyyən olunmuş müddətdə rəyi verməsə, ekspertiza mərkəzi cərimə ediləcək. Ona görə də, ekspert bu məsələdə diqqətli olacaq. Yəni ekspertiza nəticələrinin vaxtında məhkəməyə təqdim olunmasında ekspert və ekspertiza mərkəzi maraqlı olacaq. Yeni qanunvericiliyə əsasən, mülki işlər, inzibati mübahisələr və inzibati xətalara dair işlər üzrə məhkəmə prosesinin iştirakçıları məhkəmə ekspertizası fəaliyyətini həyata keçirən dövlət orqanlarına və ya özəl məhkəmə ekspertlərinə öz təşəbbüsü ilə və öz hesabına ekspertizanın aparılmasını sifariş edə və həmin ekspertizanın nəticələrini məhkəməyə təqdim edə biləcək".