Əbülfət MƏDƏTOĞLU: ÖZ YERİ OLAN ADAM

ƏBÜLFƏT MƏDƏTOĞLU
50826 | 2019-12-19 16:12

Mənə görə həyatdaən çətin işlərdən biri atacağın addımı, əlini uzadacağın əşyanın, verəcəyin qərarınmahiyyətini bilməkdi... məramını anlamaqdı. Bax, bunu edə biləndə onda çiynindənyük bir az qalxır. Və özün də hiss etmədən daxiıli bir əminliklə o addımıatırsan... o əşyaya əl uzadırsan... o işin dalınca gedirsən. Çünki səni aparaniçindəki inamdı. İnamdan böyük güvən isə yoxdu. Buna mən özüm kimi inanıram.Lap elə bu yazının özü də nə vaxtdı ki, içimdə kilkilə kimi öz işini görməkdədi.Gah daş-daşı yeyir, gah üyünməyən buğda qovuda çevrilir, gah da ələyin bütüngözlərindən rahatca süzülən un yığılır ovcunun içinə. Bu proses həm də bir"Ol!” prosesidi. Ona görə ağrılı keçir. Və...

Mənim qəhrəmanımıAzərbaycanda əli qələm, dili söz, yaddaşı tarix yaşadan hər kəs tanıyır. Bunuona görə xüsusi vurğulayıram ki, o özü də qələmin, sözün, həm də tarixin birparçasıdı. Yəni qələm adamıdı, söz yaradıcısıdı. Və nəhayət, ictimai-siyasi həyatda,həm də Azərbaycan tarixində izi olan, yeri olan bir vətəndaşdı. Bax, bu böyüktitulun sahibi olan bir Azərbaycan vətəndaşı barəsində düşüncələrimi kağızaköçürmək qərarı verəndə öncə ağlımdan gəlib keçdi ki, barəsində kifayət qədəryazılar yazılmış, fikirlər söylənmiş, özü də təkcə Azərbaycan coğrafiyasındadeyil, onun hüdudlarından kənarda da tanınan İNSAN barəsində oxuduqlarımı birsapa düzüb qəzet səhifəsinə çıxarım. Sonra anladım ki, mənim kimlərinsə yamsılamağım olacaq. Ona görəfikrimdən daşındım. Sonra istədim ki, kitablarından, əsərlərindən yazım. Həttaara-bir cibimə qoyub özümlə səfərlərə apardığım əl boyda "Xeyrəddin Qocanıngülüşü” dərhal düşdü yadıma. Bir az fikrə getdim. Hətta yazımın adını da təxminimüəyyənləşdirdim:

- "Cibimdəkikitabın müəllifinə demək istədiklərim”...

Etiraf edim ki,yazmağa başlayanda bu istəyimdən də ayrıldım. Elə bil ki, kimsə mənə özümbildiyim kimi, özüm gördüyüm kimi bir yazı yaz! - dedi. Və beləcə başladımyazını yazmağa. Özü də stolumun üstündəki şəkilləri gözdən keçirə-keçirə. Bu şəkillərXeyrəddin müəllimin ömründən anlardı. Hərəsi bir yerdə, fərqli məqamda, fərqliovqatlarda çəkilib. Təkcə bu şəkillərlə söhbət etmək adama könül rahatlığıverir. Öncə ona görə ki, şəkillərin hamısının üzündə, gözündə təbəssüm və dərindüşüncə var. Açıqca hiss olunur ki, o təbəssümün arxasındakı zaman, ovqat, həttayaşamın özü bir-birini məhz iradə gücünə tamamlayır. Bu mənim əminliklə üzərindədayandığım fikridi. Çünki Xeyrəddin müəllimin həm dərin bir kədəri, birnarahatlığı pərdələyən təbəssümü onun daxili narahatçılığını çinar yarpaqlarıkimi silkələnməklə, kəsməklə ifadə olunduğunu göstərir. Ona görə çinaryarpaqlarını bir obraz kimi ortaya çəkirəm ki, o yarpaqların xışıltısı da,pıçıltısı da tamam fərqlidi. Və bir də "Cibimdə gəzdirdiyim kitab”ın ilk səhifəsindətez-tez müraciət etdiyim bir fikir var. Onu olduğu kimi təqdim edirəm:

"Xeyrəddin Qocatələbə vaxtı kirayənişin yaşayırdı. Qapı döyülür:

- Xeyrəddin Qocaburada yaşayır?

- Xeyr!

- Bəs, sizkimsiniz?

- XeyrəddinQoca.

- Deyirsinizburada yaşamırsınız?

- Yəni buyaşayışdı ki?”

Yəqin ki,oxudunuz bu kiçik dialoqu. Amma oxumadınızsa bir az səbrlə, tələsmədən sözbəsözyenidən oxuyun. Və sonra özünüzdən soruşun:

- Bu yaşamaqdıki?!

Mən cavabhaqqını hər kəsin öz ixtiyarına buraxıram...

Bəli, onutanıdığım zamanın ölçüsü, çəkisi, boyu-buxunu yadımdan çıxıb. Amma onunla üzbəüzetdiyim söhbətlər, telefon danışıqlarımız az qala nöqtəbənöqtə yaddaşımdayazılıb qalır. Bilirsiniz niyə? Ona görə ki, Xeyrəddin müəllim həmişə harasa tələsir.Necə deyərlər, bir ayağı qaçaraqdı. Nəyisə elə bil ki, qovur, yetişmək istəyirona. Mən bu barədə öncə özümdən soruşmaq istəyirdim. Amma bir az səbrli oldum vəgünlərin bir günü "Xeyrəddin Qoca” foto-kitab əlimə keçdi. Və qəribədi ki, hərkəs kitabı, elə mən də, üz qabığı tərəfdən vərəqləyirdim. Necə oldusa özüm dəbilmədən kitabın son səhifəsini açdım. Həmin səhifədə Xeyrəddin müəllim öz qələmi, öz dəsti-xəttiylə yazmışdı:"Mən həyata qarşı nikbinəm. Lakin həyatın əbədi olmadığını, bir vaxtlar hamı kimi mən də bu dünyada qalmayacağımıbildiyimdən, qəlbim daim insanlara xeyirxahlıq hissiylə aşıb daşır. Bəlkə məniyaşadan, mənə qol-qanad verən də elə bu hisslərdi...”


Zənnimcə,kitabın sonunda verilmiş bu özünüifadə, bu özünü etiraf Xeyrəddin Qocanın niyətələsdiyini, niyə öz üzərinə götürdüyü missiyanı yerinə yetirmək üçün tələsdiyiniaçıqlamış olur. Bax, bu yerdəcə yadıma bir vaxtlar "Ədalət” qəzetində işləmiş mərhumjurnalist Pərviz Əliyev düşür. İndiki kimi yadımdadı, onun bir narahatlığı, birmaddi-mənəvi sıxıntısı olanda ilk xatırladığı, ilk yadına sadaldığı kişlərdənbiri məhz Xeyrəddin müəllim idi. Görünür, həmkarım Xeyrəddin müəllimin ürəyinəbələd imiş...

***

Çox qəribədi,Xeyrəddin Qoca öz tutduğu yolu, öz əqidəsini, məsləkini birmənalı şəkildə bəyanetdiyi gündən indiyə qədər nöqsanları da deməkdən çəkinməyib. Bunu ona görəvurğulayıb "qəribə” adlandırıram ki, mən bu cür hallarla çox az-azrastlaşmışam. Yəni görmüşəm ki, adamlar irəli çəkiləndə, yeni vəzifə kürsüləriqazananda yavaş-yavaş dəyişməyə, vəzifənin, onu irəli çəkənlərin havasına"oynamağa” üstünlük verir. Bir növü özündən, öz dünyasından uzaqlaşır. MəhzXeyrəddin Qocanın həm millət vəkili, həm Azərbaycanın İstanbul şəhərində başkonsulu, həm də bütün bu dediklərimdən öncəki yazıçı-publisist mövqeyi mənsub olduğu əqidədaşlarının, eləcə də vəzifəlişəxslərin nöqsanlarını deməyə mane ola bilməyibdi. Elə indi də fikirləşirəm ki,Xeyrəddin müəllim bir növü yumuşalsaydı,şəraitə uyğunlaşsaydı, onda özü olmayacaqdı. Onu öncə tanıdığımız şəkildəiçimizin bir küncünə qoyub dəyişmiş Xeyrəddin Qocanı isə sıradan birisayacaqdıq. Bu fikirlər nə qədər özəl olsa da, amma bilirəm ki, məni dəstəkləyənlər,mənimlə razılaşanlar kifayət qədərdi. Elə Xeyrəddin müəllimin özü dədediyim məntiqi o əl boyda kitabındayazır: "Xeyrəddin Qoca Milli Məclisin deputatı olanda tez-tez İstanbuldanBakıya gəlirdi. Bir gün ondan soruşurlar ki, Məclisə getmişkən bir iş görəbilirsənmi?

Xeyrəddin müəllimcavab verir:

- Mən oradatexnik işləyirəm, düymə basıram, vəssalam! Başqa bir işim yoxdur”.

Düşünürəm ki,üzünüzə təbəssüm gəldi. O təbəssümü bir anlıq kənara qoyub siz də düşünün. Ondagörəcəksiniz ki, sizin qarşınızdakı 70 yaşını qeyd etməyə hazırlaşdığımız XeyrəddinQocadı!

Təbii ki, həyatınçətinliklərini, sıxıntılarını yaşamaq və həmin o çətinliklərdən, sıxıntılardandözümün, iradənin, ən əsası isə savadlı, məntiqli mübarizənin gücünı çıxmaq həradama nəsib olmur. Bax, mənim uzaqdan, yaxından tanıdığım Xeyrəddin müəllim dəhəmin dediyim yolun hər iki səmtini öz gücünə yararaq keçib gəlibdi. Yəni büdrəməkdənqorxmadığı üçün qalib gəlməyi, ayaqda durmağı bacarıb. Bir az da obrazlı desəm,onun bir bir yazıçı-jurnalist kimi özəl prinsipi olub. Hərdən mənə elə gəlirki, bu məhz "Həyatın içindən çıxanların” prinsipidi.Yəni onlar təkcə Qoqolunşinelindən çıxmayıblar. Sözlərinə duz qatanda, yumor əlavə edəndə o sözün həmmilliliyinə, həm zaman və ərazi çərçivəsinə elə otuzdurublar ki, təbəssümcanına yayılanda səni həm də iynə kimi sancıb. Səni vadar edib ki, güldüyün qədərdə düşün. Anla ki, nəyə gülürsən? Niyə gülürsən?

Bu söylədiyimfikirləri mən elə Xeyrəddin Qocanın özünün biz oxuculara ünvanlanan yazısındadönə-dönə oxuyub yaddaşıma köçürmüşəm.Ona görə də onun gülüş dolu əsərlərinə, bu əsərlərdəki qəhrəmanlara təkcəgülməmişəm, həm də acımışam.

Yazımın buyerində bir anlıq pauza edirəm. Bu da səbəbsiz deyil. Ona görə bu addımı atıramki, mən yazıçı-publisist, sabiq millət vəkili, müstəqil Azərbaycanınİstanbuldakı baş konsulu barəsində, bir az da dəqiq ifadə etsəm, onun 70 illikyubileyi ilə bağlı düşüncələrimi kağıza köçürəndə deyəsən hissə qapıldım.Unutdum onu oxuculara yenidən təqdim etməyi.Ona görə də hər kəsin yaxşı tanıdığı Xeyrəddin müəllimin bioqrafiyasınanəzər yetirirəm. Qısa şəkildə vurğulamaq istəyirəm ki, o, 70 il öncə Ağdaşrayonunun Qülbəndə kəndində doğulub. Pedaqoji Universitetini, Jurnalist Sənətkarlığıİnstitutunu bitirib, müxtəlif mətbu orqanlarda çalışıb. Qələmiylə, özü də məntiqlivə kəsərli fikirləriylə oxucunun qəlbinə yol tapıb. Bir az obrazlı desəm, düzüdüz, əyrini əyri deməyi heç vaxt unutmayıbdı. Ona görə də evdə, ailədə də, özçevrəsində də, cəmiyyətdə də onun XEYRƏDDİN QOCA YERİ! – olub. Məncə bu cür yerəxlaqın, mənəviyyatı və ən vacibi isə milli dəyərlərə və bütövlükdə millətəsevgisi olan hər kəsin ürəyindən keçən ən böyük arzulardan biridi. Amma hamıarzusuna çatmır ki! Məncə öz yerini haqq etmək müstəvisində Xeyrəddin müəllimqaliblərdəndi.

... Bu yazını eləburda bitirmək istəyirəm. Ona görə ki, Xeyrəddin müəllim kimi insanlar barəsindəsözü, fikri çəkib uzatmaq hardasa onların obrazına kölgə salmaqdı mənə görə. Yəniöz yeri olanı başqalarına yeri olan kimi göstərmək görünən dağı göstərmək kimibir şeydi. Dağlı isə göstərmək yox, görmək lazımdı. Mən də bu məntiqlə Xeyrəddinmüəllimi yubileyi münasibətilə təbrik edirəm. Necə deyərlər, kasıb söz büdcəmdənonun oxucusu kimi bu istəyi ifadə etməyi könlümün səsilə gerçəkləşdirdim.


TƏQVİM / ARXİV