adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
19 Dekabr 2019 14:42
88584
MƏDƏNİYYƏT
A- A+

QƏHRƏMANLARIMIZIN TƏBLİĞ OLUNMASI GÜNÜN PRİORİTET MƏSƏLƏSİ OLMALIDIR

Ümummilli liderimiz Heydər Əliyev belə bir müdrik kəlamı var: "Hamımızın ümumi vəzifəmiz xalqımızda vətənpərvərlik, vətənə, torpağa, millətə sədaqət, vətən yolunda şəhidliyə hazır olmaq hisslərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etməkdir.”

Bu günlərdə Bakı şəhəri Xətai rayonu 95 nömrəli tam orta məktəbdə Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevin xatirəsinə həsr olunmuş "Əlif Hacıyev – Qarabağın cəngavəri” adlı tədbirdə sözün həqiqi mənasında ulu öndərin bu çağırıışına əməli işlə layiqli bir cavab gördüm. Təqdirəlayiq hal idi ki, məktəbin 3c sinif rəhbəri Ofelya Babayevanın təşəbbüsü ilə keçirilən bu tədbir adi bir tədris günündə ərsəyə gəlmişdi.

Tədbirdə Xətai rayon İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanovun, ATU-nun rafedra müdiri, tarix elmlər doktoru professor Şikar Qasımovun, tarix üzrə fəlsəfə doktoru, əməkdar jurnalist, polkovnik Hikmət Xudiyevin, YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarovun, Xocalı rayon İcra Hakimiyyətində İctimai-siyasi və humanitar məsələlər şöbəsində baş məsləhətçi, Bakı şəhəri üzrə nümayəndəsi Xəlil Vəliyevin, Əlif Hacıyevin döyüş dostu və silahdaşı Nazim Hüseynovun,Azərbaycanın Milli Qəhrəmanı Bəxtiyar Allahverdiyevin, pedaqoji elmlər doktoru, professor Akif Abbasovun çıxışları məktəblilər tərəfindən maraqla qarşılandı. Müharibə şahidlərini dinləmək, canlı Milli Qəhrəmanla ünsiyyətdə olmaq şagirdlərdə məmnunluq yaradaraq onlarda vətən sevgisini, vətənpərvərlik hisslərini artırdı.



3c sinif şagirdlərinin ifasında vətənpərvərlik mövzusunda nümayiş etdirdikləri ədəbi-bədii kompozisiya, jurnalist İlham Cəmiloğlunun ssenari müəllifi olduğu "Əlif Hacıyev – Qarabağın cəngavəri” film, muğam ustalarının ifaları anım tədbirinə xüsusi rəng qatdı.

Tədbirdə Əlif Hacıyevin bacısı Şükufə Hacıyeva cıxış edərək qeyd etdi ki, adi bir təqvim günündə qardaşı Əlif Hacıyevin bu cür ehtiramla anılması dövlətin, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan siyasətin, şəhidlərimizə, Milli Qəhrəmanlarımıza, şəhid ailələrinə sonsuz ehtiramın nəticəsidir.

Sözü gedən tədbirdə Əlif Hacıyev kimi vətənimizin qeyrətli övladlarının Qarabağ müharibəsində göstərdiyi şücaətlərin təbliğ olunması erməni işğalçıları tərəfindən zəbt olunmuş ərazilərimizin Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə geri qaytarılacağı və şəhidlərimizin qisasının alınacağı günün uzaqda olmadığına tədbir iştirakçılarında bir daha əminlik yaratdı.

…Sıravi yurnalist olaraq bir zamanlar bir sırada olduğum paqon yoldaşımın – Əlif Hacıyevin işıqlı xatirəsinə həsr olunmuş bu tədbir məndə də çox böyük xoş təəssürat yaratdı. Tək ona görə yox ki, dəyərli ziyalılarımızla, müfaribə veteranları ilə fürsət tapıb görüşdüm, maraqlı çıxışları, musiqi ifalarını dinlədim. Həm də ona görə ki, heç kimdən sifariş, tapşırıq almadan – məhz qəlbinin səsi ilə sıravi bir sinif müəllimi olaraq Ofelya Babayevanın bu vətənpərvər addımı, bütün təşkilati işlərlə bağlı məsələləri şəxsi iradəsi ilə qarşılamağı məndə qürur hiisi yaratdı. Onun bu addımı bu gün firavan Azərbaycanda yaşamağımız üçün şəhid olanlara böyük bir ehtiramın nümunəsi idi. Tədbirdə yüksək bədii zövqlə hazırlanmış Əlif Hacıyevin şərəfli ömür yolunu əks etdirən foto-güşə, səhnədə Əlif Hacıyevin rəsm portreti, tədbir iştirakşılarının yaxalarında Əlif Hacıyevin fotosunun əks olunduğu nişanın olması, diqqəti cəlb edən dizaynla tərtib olunmuş dəvətnamələr və s. şəhidə sonsuz ehtiramın, ona həsr olunmuş anım tədbirinə diqqətin təzahürü idi. Sıravi bir müəllimin - Xətai rayonu 95 nömrəli tam orta məktəb məktəbin 3c sinif rəhbəri Ofelya Babayevanın təşəbbüsü və təşkilatşılığı ilə keçirilmiş bu tədbir sanki orta məktəb üçün deyil, daha böyük miqyaslı məkan üçün nəzrdə tutulmuşdu və o, çoxlarımıza nümunə olacaq bir vətənpərvərlik nümunəsi idi.

Hikmət CƏMİLZADƏ