adalet.az header logo
  • Bakı 18°C
19 Dekabr 2019 12:56
11907
GÜNDƏM
A- A+

Yan Oblak: “Qarabağ”dan bunu gözləmirdik”

Madridin "Atletiko” klubunun qapıçısı Yan Oblak "Marca” nəşrinə verdiyi müsahibədə futbolçu karyerasında yadda qalan məqamlarla bağlı danışıb.

Adalet.az xəbər verir ki, 26 yaşlı sloveniyalı qapıçı 2017/18 mövsümündə Çempionlar Liqasında "Qarabağ”a qarşı keçirdikləri matçları təəssüflə xatırlayıb.

"Həmin mövsüm bizim üçün ağır keçdi. Xüsusən "Qarabağ”la matçları qeyd edərdim. Onları iki oyunun heç birində məğlub edə bilmədiyimizə görə ÇL-də qrupda qaldıq. "Qarabağ”a hörmətimi vurğulamaqla yanaşı deməliyəm ki, bunu heç kim onlardan gözləmirdi. Həqiqət isə budur ki, onlar yaxşı müdafiə olunurdular. Bu səbəbdən də biz istəyimizə nail ola bilmədik” – deyə slovenyalı futbolçu bildirib.

Bununla belə, Oblak həmin mövsümdə Avropa Liqasının qalibi olmalarını və La Liqada ikinci yeri tutmalarını müsbət məqam kimi qeyd edib.