adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
21 Dekabr 2019 11:18
29390
ŞOU-BİZNES
A- A+

Xatunla Fatimənin qalmaqalı yenidən gündəmdə: Fatimənin əri...

Müğənni Xatun Əliyeva aparıcı və prodüser Tarix Əliyevin (Tolik) "Youtube”da yayımlanan "Səmimi” layihəsində maraqlı açıqlamalar edib:” Mənim Fatimə ilə münasibətim yoxdur. Bəzi insalar var ki, onunla küsülü qalmaq daha yaxşıdır. Çünki o adam sənin üçün oxunmuş bir kitabdır. Oxuyub, atırsan kənara ki, bunun hara qədər başı və "ponyatkası”,hara qədər insanlığı var”.

Adalet.az xəbər verir ki,sənətçi rəqqasə Fatimə Fətəliyeva ilə aralarında yaşanan dava-dalaşın pərdəarxası məqamlarından danışıb, qarşı tərəfin yalanlarını ortayaçıxarıb:

"Heç kimə, hətta düşmənimə beləpislik arzu etmirəm.Demək istəyirəm ki, "edir analar, çəkir balalar”. Mən Fatimə ilə yaşanan davada özümə bəraət qazandırmıram. Mən onunla davamı etdim, bitirdim. Elə həmin gün onunla olan kin-küdurətimgetdi. Sabah Fatimənin başına pishadisə gələrsə, yanındakıyalançılar (onu aldadan, bizim aramızı vuran, söz aparıb-gətirən) onun dadına çatsınlar.

"Mənə toxunan Fatimənin üstümə ərinigöndərməsi oldu. Təqsir onun ərində idi. Ogərək deyərdi ki, "Gedin, işinizlə məşğul olun. Arvad söhbətinə qarışmaram”. Bizim Fatimə ilə aramızda böyük problem də olmayıb.

Xatun daha sonra Fatimə ilə qalmaqalın pul üstündə düşdüyünü açıqlayıb:

"Xına mərasimi olacaqdı. Mən də Fatiməni ora dəvət etmişdim. Öncə dedi havayı gələrəm, sonra məndən 1000 manat pul istədi. Dedim ki, 1000 yox 500 manat verə bilərəm. Onun üstündə mənimlə dava edir. Pulun da adını çəkmir. Elə buradan ona deyirəm ki, bizim qalmaqalımız pul üstündə olub”.

Qeyd edək ki, sənətçilər arasında təxminən 2019-cu ilin yanvar ayında da böyük bir qalmaqal baş vermişdi və media Fatimənin Xatun tərəfindən döyüldüyünü iddia edirdi.

Əntiqə Rəşid