adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
19 Dekabr 2019 10:51
32905
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU: ÜRƏK AĞRISI

Hər ağrının öz dadı var
Baldı, ürəyin ağrısı...
Anlayıb, duymayan kəsə -
Laldı , ürəyin ağrısı!..

Baxa-baxa bu zalıma
Cavab gəzir sualıma...
Yetənəcən vüsalına -
Kaldı, ürəyin ağrısı...

Qucaqlayıb bir daşı tək
Gileyləndim bir naşı tək!..
Mənimlə can sirdaşı tək -
Qaldı, ürəyin ağrısı!

Səssiz qoşub vaxt xoruna
And içdirdi , bəxt goruna!
Əbülfəti öz toruna -
Saldı, ürəyin ağrısı!