Əbülfət MƏDƏTOĞLU: “HAQQA-ƏDALƏTƏ NÖKƏR ÜRƏYİM”

ƏBÜLFƏT MƏDƏTOĞLU
45853 | 2019-12-19 10:43

Oxucular yəqinki, artıq mənim bu yazılarıma alışıblar. Bilirlər ki, hər yeni kitab barəsində mütləq fikirlərimi onlarla bölüşəcəm. Bu birnövü həm vərdişə çevrilib, həm də söz adamları qarşısında öz üzərimə heç birtapşırıq-filan olmadan götürdüyüm vəzifəyə... Yəni qələm dostlarım, xüsusiləkönlünü şeirə verənlər bilir ki, mən yeni işıq üzü görən, mətbəə qoxisi hələcanından çəkilməyən kitabları böyük məmnuniyyətlə, həvəslə qəbul edirəm vəonları da ardıcıl olaraq oxuyub fikirlərimi qəzet səhifəsinə çıxarıram...

İndi barəsindəyazmaq istədiyim kitabın müəllifini bir neçə il öncə Sumqayıt şəhərində Fikrətmüəllimin təşəbbüsüylə məktəblilərlə keçirilən görüşdə tanıdım. Doğrudur, ovaxta qədər Güloğlan Dünyanın imzasıyla mətbuat səhifələrində qarşılaşmışdım.Necə deyərlər, özünü isə mənimlə keçirilən görüşdə gördüm. Elə həmin o gündənsonra da bizim şəxsi tanışlığımız bir növü işgüzar yaradıcılıq əlaqələrinəçevrildi. O hər yeni kitabını mənə hədiyyəetməyi, məni də bu hədiyyəni məmnunluqlaqəbul etməyi səbrsizliklə gözlədik...

Bəli, təqribən15 gün bundan öncə Güloğlan Dünya redaksiyamıza gəlmişdi. Odlu-alovlu danışmasıartıq məndə yeni kitabın ortada olduğuna inam yaratdı. Hiss etdim ki, Güloğlanmüəllim əliboş gəlməyib. Elə çantasından çıxarıb aftoqrafla mənə bağışladığıkitabı görəndə də hisslərimdə yanılmadığımı anladım. Güloğlan müəllim sözarasıonu da vurğuladı ki, bu ay həm də onun doğum gününə təsadüf edir. Təbii ki, bumesaj da öz işini gördü. Və mən zaman tapan kimi dəyərli şairimiz Əşrəf Veysəllininredaktoru olduğu və "Azəri” nəşriyyatında işıq üzü görmüş "Haqqa-ədalətə nökərürəyim” kitabını gözdən keçirdim. Bir neçə bölümdən ibarət olan kitabdaGüloğlan müəllim qoşmalarını, gəraylılarını, qəzəllərini və bayatılarınıoxuculara təqdim edib. İlk bölüm "Qoşmalar” adlanır.

Bəlalı ürəyim xəyallarqurdu,

Arım toparlanıbayaqda durdu.

Qolumdan asılanqandalı qırdı,

Haqsızlıqdancana doyan əllərim.

Və yaxud:

Gəlişin bu elə,obaya düşüb,

Yer təzə dongeyib, çox gözəlləşib.

Yenə saz havasıkönlümə düşüb,

Mən söz aşiqiyəm,sazla, sözlə gəl.

Bu qoşmalardanda göründüyü kimi, şair Güloğlan Dünya folklora, doğma yurda bağlılığını tam səmimiyyətləifadə edir. Həmçinin şair bütün qoşmalarında öz duyğularını, öz baxışlarını dabir xətt üzrə inkişaf etdirərək hardan hara gəldiyini, hansı soykökə bağlıolduğunu öz yaradıcılığının həm məzmununda, həm də ifadə tərzində büruzə verir.Burda onu da vurğulayım ki, Güloğlan Dünya yaşadığı Sumqayıt şəhərinin şeirlə tərənnümünədə ürəkdən yanaşır. Onun bu şəhərə ünvanlanan misralarının hər birində həm vətəndaş,həm də şair yanğısı özünü təsdiqləmiş olur.



Kitabdakı digərnümunələrdə də Güloğlan Dünya öz üslubuna sadiq qalıb. Məsələn, o, gəraylılarınınbirində yazır ki:


Ürəyi geniş birdəniz,

Havadan, sudanda təmiz,

Ürəkdən, candan da əziz –

Vətəndi, baladı,könül!


Və yaxudbayatılarının birində o, özünün milli kimliyini çox yığcam şəkildə diqqətəçatdırır və yazır ki:


İgidəm ərkə bəndəm,

Mən boşa, bərkəbəndəm.

Sorma kiməm, nəçiyəm?

Oğuzam, Türkə bəndəm.


 Bəli, şairGüloğlan Dünyanın yeni kitabı haqqında yazdığım qısa fikirləri onun doğum gününəhədiyyə etməklə, mən şairi yeni kitabına və dünyamıza gəlişinə görə təbrikedir, ona can sağlığı və yaradıcılıq uğurları diləyirəm.

TƏQVİM / ARXİV