adalet.az header logo
  • Bakı 18°C
19 Dekabr 2019 12:07
47602
KRİMİNAL
A- A+

Balakəndə silahlı insidentdə 5 nəfər güllələnib, biri azyaşlıdır - YENİLƏNİB

Səhiyyə Nazirliyi Balakən rayonunun Yeni Şərif kəndində baş verən silahlı insidentlə bağlı məlumat yayıb.

Nazirlikdən verilən məlumata görə, güllələnmə ilə bağlı Balakən Mərkəzi Rayon Xəstəxanasına 1-i azyaşlı olmaqla 5 nəfər müraciət edib: "Yaralılardan 34 yaşlı kişi reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti keçirdiyi əməliyyata uyğundur. 39, 49 yaşlı qadınlar və 59 yaşlı kişinin müalicələri cərrahiyyə şöbəsində davam edir. Vəziyyəti orta-ağır stabil kimi qiymətləndirilir. 1 yaşlı körpə isə ilkin tibbi yardımdan sonra evə yazılaraq qohumlarına təhvil verilib".

Xatırladaq ki, Balakən rayonunda Yeni Şərif kəndində, kənd sakini, 1966-cı il təvəllüdlü Məhəmməd Əhmədov oğlu Bağmanov yaşadığı ünvanda ov tüfəngi ilə oğlu - 1987-ci il təvəllüdlü Əhmədov Bağmanovu evində stol arxasında oturduğu yerdə arxadan güllələyib. Ov tüfəngindən açılan atəş nəticəsində Ə.Bağmanov ağır yaralanıb. Hadisə nəticəsində stolun ətrafında oturan 1968-ci il təvəllüdlü Həvva Abbas qızı Bicilova, 18 aylıq körpə Xədicət Əhmədov qızı Bağmanova və 1980-ci il təvəllüdlü Məryəm Məhəmməd qızı Anarəcəbova da yaralanıb.

Yaralılar Balakən Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

---------

09:39

Balakən rayonunda güllələnmə hadisəsi qeydə alınıb.

Adalet.az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Yeni Şərif kəndində baş verib.

1966-cı il təvəllüdlü Məhəmməd Əhmədov oğlu Bağmanov yaşadığı ünvanda ov tüfəngi ilə oğlu - 1987-ci il təvəllüdlü Əhmədov Bağmanovu evində stol arxasında oturduğu yerdə arxadan güllələyib. Ov tüfəngindən açılan atəş nəticəsində Ə.Bağmanov ağır yaralanıb. Hadisə nəticəsində stolun ətrafında oturan 1968-ci il təvəllüdlü Həvva Abbas qızı Bicilova, 18 aylıq körpə Xədicət Əhmədov qızı Bağmanova və 1980-ci il təvəllüdlü Məryəm Məhəmməd qızı Anarəcəbova da yaralanıb.

Yaralılar Balakən Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Balakən rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29.120.2.4 (xüsusi amansızlıqla adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb və zəruri ekspertizalar təyin edilib.