adalet.az header logo
  • Bakı 19°C
18 Dekabr 2019 17:26
29493
SİYASƏT
A- A+

Yunanıstanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatıb

Xarici işlər naziri Elmar Məmmədyarov Yunanıstanın Azərbaycandakı səfiri Nikolaos Kanellosu diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

Nazirlikdən Adalet.az-a verilən məlumata görə, görüşdə tərəflər Azərbaycan və Yunanıstan arasında mövcud olan əməkdaşlıq münasibətləri üzrə fikir mübadiləsi aparıblar.

N.Kanellos diplomatik fəaliyyətinin uğurla həyata keçirilməsində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

E.Məmmədyarov səfir N.Kanellosun ikitərəfli münasibətlərin inkişafı istiqamətindəki səylərini yüksək qiymətləndirdi və ona gələcək fəaliyyətində uğurlar arzu edib.

Tərəflər arasında, habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.