adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
18 Dekabr 2019 16:24
33247
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU: KÖHNƏ BAKIYA AĞI...

Sökdülər -
məncə bu söz
hürkək oldu...
çünki, sökmədilər,
vurub, uçurub
tökdülər!

Özü də,
bir günün içində yox! -
zaman -zaman
bina-bina,
ev-ev...
otaq-otaq,
daş-daş-
açıq-aşkar...
Həm sürətli,
həm də
yavaş-yavaş...

Söküldükcə
göz yaşları axdı -
gilə -gilə,
için -için
hıçqırtı ilə -
bina-bina,
ev-ev,
otaq-otaq,
daş-daş...

Sızıldadı
təzə,
köhnə
və nimdaş
ruhlar...

Selləndi -
küçə boyu,
yol uzunu
qanayan,
ağlayan
xatirələr,..
Və yığa bilmədi
ayaqlar altından
özünü -
ruhlar,
nə də xatirələr-
Köhnə Bakıda...