adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
18 Dekabr 2019 12:27
63832
MARAQLI
A- A+

İçkinin təsirindən ayılmaq üçün nə edək?

Dünyanın bir çox ölkəsində ayılmaq üçün bəzi içkilər məsləhət olunur. Bunların ən birincisi acısı, limonu bol "Bloody Mary” içkisidir. Amerikalılar isə Cin-Martini kokteylinin də ayıltmaq gücü olduğunu iddia edirlər. İngilislər isə ayılmaq üçün gecə içilən şərabın eynisindən ertəsi gün də içilməsini məsləhət görürlər.

Almanların Underberg, Jaegermeister, italyanların Fernet Branca, fransızların Chartreuse, macarların Unicum adlı bitki tərkibli içkiləri də ayılmağa kömək edir.

Məncə, ən iyrənc içki Malaziya və Sinqapurda hazırlanan içkidir. Bu ölkənin insanları ayılmaq üçün "Donuz sümüyü çayı”ndan mədət umurlar. Bu çayın dəmlənməyi belədir: Qazanlarda donuz qabırğası, ulduz anason, darçın, sarımsaq, soya sosu, gingseng kökü və digər şəfalı bitki kökləri ilə uzun müddət bişirilir. O vaxta kimi ki, şorba çay rəngini alsın. Şorbanın yanında mütləq donuz ciyəri yeyilməlidir. Bu iki ölkədə bütün gecə klublarında gecə yarısından sonra bu şorba servis edilir.

P.S Qurban olaram özümüzə... Biz ayılmaq üçün səhər saat 6-da xaşla 200 qram araq vururuq, vəssalam!