adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
19 Dekabr 2019 08:00
29556
ŞOU-BİZNES
A- A+

Nura Suri:”Mənə qarşı qıcıq, paxıllıq var...”

"Show News”a açıqlamasında müğənni Nura Suri eyhamlı sözlər deyib:”Kimin bədəniylə nə etməsi səni niyə narahat edir? Kim əməliyyat edir, səhv yoldadır yaxud düz yoldadır, özü üçün edir. Bu, səni niyə maraqlandırmalıdır?”.

Adalet.az xəbər verir ki, o, hətta söyləyib ki, haqqında gəzən xəbərlər onu maraqlandırmır:

"Hərdən haqqımda o qədər şey danışırlar, deyirəm ki, ay Allah, mənim nə maraqlı həyatım var. Heç özümün də xəbərim yoxdur. Haqqımda gəzən şayiələr qulağıma çatanda özümü Hürrəm kimi hiss edirəm. Əvvəllər əsəbiləşirdim. Çünki anam məni narahat edirdi ki, sənin haqda filan şey yazıblar. Axırda başa saldım ki, onsuz da hamı üçün danışırlar. Biz dedi-qodunu xoşlayırık. İndi haqqımda danışırlarsa, bu da uğurumdur. Hansısa nəaliyyətim var ki, mənə qarşı qıcıq, paxıllıq var. İnsanı tanımırsan, amma sənə qıcığı var. Bu, normaldır”.

Qeyd edək ki, vaxtilə bir çox şou-biznes nümayəndələri Ruhi Əliyeva, Tünzalə Ağayeva, Rəşad İlyasov, rəqqasə Oksana, Roza Zərgərl və başqaları ilə qalmaqallar yaşayan Nura Surinin bu sözləri kimin ünvanına söylədiyi məlum olmasa da, hər halda söz yiyəsi sözünü götürəcək.

Əntiqə Rəşid