adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
18 Dekabr 2019 11:22
39758
MARAQLI
A- A+

4 aylıq körpənin mədəniyyəti

4 aylıq uşağı ilə təyyarədə səyahət edən anadan digər sərnişinlərə sevimli bir jest.

Öncəliklə gəlin qəbul edək ki, kimsə təyyarədə 10 saatlıq səyahət boyunca uşağın ağlamaq səsini eşitmək istəməz. Cənubi Koreyanın paytaxtı Seuldan, Amerikanın San Fransisko şəhərinə uçan ana da bunun fərqindədir.

Seuldan San Fransiskoya edəcəyi 10 saatlıq səyahətdən öncə, 4 aylıq uşağının uçuş əsnasında ağlaması ehtimalına qarşı uşağın anası, təyyarədəki bütün sərnişinlərə, içində şirniyyat və qulaq tıxacları olan 200-dən çox kiçik paketlər paylayır. Bu son dərəcədə düşüncəli bir davranışdır. El arasında belə bir söz var: uşağın varsa, ən olmaz dediyin şeyləri düşünmək məcburiyyətindəsən.

Ananın payladığı paketin içində şirniyyatlar, qəlyanaltı etmək üçün bir şeylər və uşağın ağlaması ehtimalına qarşı bir cüt qulaq tıxacları vardı. Ana həmin paketin içinə, uşağının dilindən yazılmış bir qeyd də qoyur. Həmin qeyddə bunlar yazılır:

"Salam, mənim adım Junwoo və sadəcə 4 aylığam. Bu gün anam və nənəmlə birlikdə xalamı görmək üçün ABŞ-a gedirəm. Bir az gərginəm, çünki bu mənim qısa həyatımdakı ilk uçuşumdur, yəni ağlaya və ya bir az çox səs-küy edə bilərəm. Çox səs çıxarmamağa çalışaram, ancaq buna söz verə bilmirəm. Xahiş edirəm məni üzrlü sayın. Bu səbəbə görə anam sizin üçün bir paket hazırladı. İşində qəlyanaltı etmək üçün bir şeylər və qulaq tıxacları var. Xahiş edirəm, çox səs çıxararamsa, bunları istifadə edin. Sizə xoş səyahətlər. Təşəkkür edirəm. "

Mənbə: Könül Əhmədova