adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
18 Dekabr 2019 11:20
13309
MƏMLƏKƏT
A- A+

Bakıya 371 yeni avtobus gətirilib

Bakı Nəqliyyat Agentliyi il ərzində ictimai nəqliyyat sahəsində gördüyü işlərlə bağlı hesabat yayıb.

Agentlikdən Adalet.az-a verilən məlumata görə, il ərzində şəhərdaxili nəqliyyat parkının yenilənməsi məqsədilə 371 yeni avtobus alınıb: "Şəhərdaxili marşrutlarda fəaliyyət göstərən 500 avtobus nağdsız ödəniş sisteminə keçib, 200 avtobus əsaslı təmir olunub, 8 yeni avtobus parkı (qaraj) istifadəyə verilib. Görülən işlər nəticəsində 10 marşrut xətti optimallaşdırılıb, paytaxtda 124 yeni dayanacaq pavilyonu quraşdırılıb".