adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
17 Dekabr 2019 18:03
49096
İDMAN
A- A+

“Ronaldunu əvəz etmək çox çətindir” - Messi

"Barselona"nın hücumçusu Lionel Messi "Real"ın yeni transferi Eden Hazardı hazırda "Yuventus"da oynayan Kriştiano Ronalduilə müqayisə edib.

Adalet.az qol.az-a istinadən xəbər verir ki, sabah "Nou-Kamp"da keçiriləcək "El-Klassiko" öncəsi jurnalistlərdən biri argentinalıya belə bir sual ünvanlayıb: "Sizcə, Hazard Ronaldonu əvəzetməyə və superulduz olmağa qadirdirmi?"

Messi buna cavab olaraq deyib: "Eden bacarıqlı futbolçudur. O, müdafiənin yükünü azalda bilir. Fikrimcə, Kriştianodan fərqlənir. Hazardın başqa keyfiyyətləri var. Ronaldonu əvəz etmək çox çətindir. Amma Hazard da böyük oyunçudur".