adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
17 Dekabr 2019 17:35
21064
SİYASƏT
A- A+

DSK-lara çip oxuyan qurğuların paylanılması 3 gün ərzində başa çatdırılacaq

Azərbaycanda dekabrın 23-ə təyin edilmiş bələdiyyə seçkiləri ilə bağlı dairə seçki komissiyalarına (DSK) çip oxuyan qurğuların paylanılması qarşıdan gələn 3 gün ərzində başa çatdırılacaq.

Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Rövzət Qasımov MSK-nın bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, proqram təminatı ilə birgə çip oxuyan qurğular tam olaraq bütün dairə seçki komissiyalarına paylanılacaq: "Bundan sonra dairə seçki komissiyaları bu qurğuları seçki məntəqələrinə paylayacaq. Artıq qurğularla bağı bütün sınaqlar həyata keçirilib. Bələdiyyə seçkilərinə qədər bütün seçki məntəqələri çip oxuyan qurğularla təmin olunacaq”.