adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
17 Dekabr 2019 10:51
35612
DÜNYA
A- A+

Rusiya və Suriya dənizdə birgə təlimlərə başladı

Rusiya hərbi dəniz donanması Suriya Hərbi Dəniz Qüvvələri ilə birgə Aralıq dənizinin şərqində təlimlərə başlayıb.

Adalet.az "RİA Novosti"yə istinadən xəbər verir ki, manevrlərdə Rusiya yerüstü gəmiləri, "Hmeymim” aviabazasından təyyarələr, raket gəmiləri və Suriya Hərbi Dəniz Qüvvələrinin minaaxtaranları iştirak edir.

Kontr-admiral Aleksandr Yuldaşev bildirib ki, təlimlər müxtəlif taktiki epizodların işlənib hazırlandığı vahid bir əməliyyat fonunda həyata keçiriləcək. Xüsusilə, Rusiya və Suriya gəmilərindən ibarət taktiki qruplar birgə artilleriya atəşi üzrə məşqlər və manevrlər edirlər.(azvision.az)