adalet.az header logo
  • Bakı 12°C
16 Dekabr 2019 17:35
11218
GÜNDƏM
A- A+

BDU əməkdaşlarına dövlət təltifləri təqdim edilib

Bu gün ölkə Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Bakı Dövlət Universitetinin (BDU) 100 illiyi münasibətilə bu təhsil müəssisəsinin təltif olunan əməkdaşlarına dövlət təltiflərinin təqdimetmə mərasimi keçirilib.

Adalet.az-ın məlumatına görə, mərasimdə çıxış edən Təhsil naziri Ceyhun Bayramov Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən 1919-cu ildə təsis edilən Bakı Dövlət Universitetinin ötən müddət ərzində keçdiyi şərəfli inkişaf yolundan, ölkədə ali təhsil sisteminin inkişafında, yeni elm və təhsil müəssisələri şəbəkəsinin formalaşmasında əvəzsiz rolundan söz açıb.

Onun sözlərinə görə, bu il yubileylə əlaqədar çoxsaylı tədbirlər keçirilib.

C. Bayramov universitetin yubileyi ilə bağlı təkcə ölkədə deyil, xaricdə də silsilə tədbirlər həyata keçirildiyini xüsusi diqqətə çatdırıb.

O, BDU-nun Azərbaycanda elm və təhsilin inkişafında xüsusi rolunun olduğunu, bu təhsil müəssisəsində işləyənlərin təhsilin inkişafında müstəsna xidmətlər göstərdiyini söyləyib.

Daha sonra Bakı Dövlət Universitetinin əməkdaşlarına təhsil müəssisəsinin 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə fəxri adlar, orden və medallar təqdim olunub.