adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
17 Dekabr 2019 10:12
33358
ŞOU-BİZNES
A- A+

Cırıq ətəyi başına bəla oldu: şərh bölməsini bağladı

Modellər içərisində ən çox cəsarət tələb edən geyimləri geyinməsi ilə tanınan və hazırda Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva yenidən maraqlı paylaşım edib. O bu dəfə də açıq-saçıq geyimi ilə gündəmə gəlib.

Adalet.az xəbər verir ki, cazibədar model əynindəki qısa və yırtıq ətəyi ilə xeyli tənqidə, elə o qədər də təhqirə tuş gəlib.

Belə ki, sənətçi güzgü qarşısında fotoları çəkib və sosial media hesabında izləyiciləri ilə bölüşdükdən sonra,izləyicilər onun şəkillərinə çoxsaylı rəylər yazılmağa başlayıb. Günay yazılanların qarşısını almaq üçün fotoların şərh bölməsini bağlayıb.

Qeyd edək ki, model uzun müddətdir Türkiyədə yaşayır. Onun eks-əri, aktyor Tolqa Karellə olan evliliyindən Cihangir adlı övladı var.

Əntiqə Rəşid