adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
16 Dekabr 2019 16:03
11360
GÜNDƏM
A- A+

Fransada 600 kilometrlik tıxac - SƏBƏB

Fransada paytaxt Parisi əhatə edən İl-de-Frans regionunda genişmiqyaslı tətil və yağışlı hava şəraiti ilə əlaqədar yollarda 600 kilometrdən çox tıxac yaranıb.

Adalet.az-ın məlumatına görə, hökumətin pensiya islahatlarına qarşı tətil 12-ci gündür ki, davam edir.

Dekabrın 5-dən başlayan tətillərdə müxtəlif kateqoriyadan olan sakinlər iştirak edir.

Bu gün səhər saatlarından etibarən Parisə gedən yollarda ümumilikdə 630 kilometrlik tıxac müşahidə olunub.