adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
17 Dekabr 2019 10:00
13942
GÜNDƏM
A- A+

POLKOVNİKİ TUTDULAR VƏ BURAXDILAR

Əfqanıstan veteranı, Qarabağ döyüşlərində qəhrəmanlıq göstərmiş, dəfələrlə yaralanıb yenidən döyüşə atılmış, Aprel döyüşlərində düşmənə qan uddurmuş, yaralanıb bir müddət xəstəxanada yatdıqdan sonra yenidən ön cəbhəyə qayıtmış, 15 il bir hərbi hissəyə komandirlik etmiş, hazırda istefada olan polkovnik Qadir Vəlişov Beyləqanda xuliqanlıq maddəsi ilə həbs olunmuş və məhkəmə tərəfindən haqqında 3 aylıq qəti imkan tədbiri seçilmişdi.

Bu da həm Qarabağ qazilərinin, həm də ictimaiyyətin böyük etirazına səbəb olmuşdu.

Son məlumata görə, polkovnik Qadir Vəlişov prokurorluğun verdiyi vəsadətlə azadlığa buraxılıb.

Deyəcəyimiz söz yoxdu. İnşallah, tam bəraət alar.

Məşhur bir mahnı var:

Nəbinin bığları eşmə-eşmədi,

Papağı güllədən deşmə-deşmədi.

Polkovnik Qadir Vəlişovun da:

Bədəni güllədən deşmə-deşmədi.

Təbii ki, düşmən gülləsindən.