adalet.az header logo
  • Bakı 12°C
16 Dekabr 2019 14:06
13128
MƏMLƏKƏT
A- A+

Bakıda Yeni il yolkalarının quraşdırılmasına başlanıldı

Bakıda Yeni il yolkalarının quraşdırılmasıilə bağlı hazırlıq işlərinəbaşlanılıb.

Yolkalar paytaxtın mərkəzi yerləri ilə yanaşı, rayonların ərazisindəki park və bağlarda quraşdırılacaq.

Hazırda Bakı şəhəri ərazisində yolkaların quraşdırılacağı yerlər və onların sayı müəyyənləşdirilir.

Qeyd edək ki, Yeni il günlərində Bakıda Şaxta baba və Qar qız kimi fəaliyyət göstərməyə icazə almaq üçün Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) hələ ki müraciət daxil olmayıb.