adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

Sartr həqiqəti bildiyi üçün Nobeldən imtina etdi - Aytunc Erkin yazır

18857 | 2019-12-16 13:00

Fransalı mütəfəkkir Jan PaulSartr 1964-cü ildə "Nobel” mükfatından imtina etdi…

Sartr "Əlcəzair müharibəsizamanı verilsəydi, böyük sevinclə qəbul edərdim” dedi…

Çünki… Sartr üçün "Nobel” QərbBloku ya da Şərqdə baş qaldıran yazarlara verilən mükafat idi…

Yenə gündəmdə "Nobel” var! Serblərin Srebrenitsada soyqırım törətdiyinəəsla inanmadığını deyən və Saraybosnadakı müəlman bosniyalıların "Öz-özləriniöldürüb günahı serblərin boynunaatdığını” müdafiə edən avstriyalı yazar Peter Handkenin "Nobel”mükafatını alması mübahisələrin yaranmasına səbəb oldu.

Bəs bu mükafatdanbaşqa hansı yazarlar imtina edib?

Siyahıda ikiimza var: biri fransız mütəfəkkir Jan Paul Sartr, o biri isə "Doktor Jivaqo”nunmüəllifi, rusiyalı Boris Pasternak!

1958-ci ildəPasternaka bu mükafatın verilmə səbəbi Sovet Rusiyasını "qarışdırmaq” idi və bubir qədər uğurlu da oldu. Ölkəsində tətbiqolunan sosializmin məyusluğunu yaşayan yazara verilən bu mükafatın məqsədyönlüolduğu açıq-aşkar görünürdü. Bunu dərk edən Pasternak mükafatdan imtina edir və Nobel Mükafatı Komitəsinəbelə bir məktub yollayır:

"Nobel mükafatının mənə verilməsinin çox çirkin nəticələnəcəksiyasi məqsədli bir qərar olduğu qənaətinə gəldim və heç kimin təzyiqi ilədeyil, öz iradəmlə bu mükafatdan imtina etdiyimi bildirirəm”.

Amma… 1950-ciildən etibarən "Soyuq müharibə”nin mədəniyyətcəbhəsi də var idi. Xüsusən də ABŞ! MKİ-nin 1950-ci ildə yaratdığı "MədəniAzadlıq Konqresi” düz 35 ölkədə mədəniyyətin təbliği mərkəzinə çevrildi.

Bu mövzuda ikikitabı mütləq oxumalıyıq:

1. Frances Stonor Saunders "Pulu verdi, tütəyi çaldı”

2. Cangül Örnək "Türkiyənin Soyuq Müharibə düşüncə həyatı”

İndi isə keçəkJan Paul Sartra.

22 oktyabr,1964-cü il...

Nobelmükafatı "Sözcüklər” ("Les Mots”)kitabına görə fransalı mütəfəkkir Jan Paul Sartra verilir. Ekzistensializm cərəyanınınbanilərindən olan Sartr Fransa Kommunist Partiyasının fəal dəstəkçilərindənidi. O, Fransanın Əlcəzair qarşı yeritdiyimüstəmləkəçilik siyasətinin əleyhinə idi. Vyetnam müharibəsində törədilən qətliamlarıaraşdırmaq üçün qurulan "Russel Məhkəməsi”ndəbaşqan olmuşdu.

**

Sartr 23oktyabr 1964-cü ildə "Le Monde” və "Le Fiqaro”qəzetlərinə göndərdiyi "Niyə imtina etdim” məktubunda belə yazırdı:

"Şəxsi səbəblərim bunlar idi: Mən həmişə rəsmi adlara və vəzifələrə qarşıolmuşam. Siyasət, ictimaiyyət və mədəniyyət məsələlərində şəxsi mövqeyi olan yazar, məncə, yalnız özimkanlarından, yəni qələmindən və kağızından istifadə etməlidir”.

Ancaq məktubunəsas fikri "obyektiv səbəb”lərdə gizlənir.

**

Pasternaka niyə verildi?

Pasternakimtina etmə səbəbini açıqladığı məktubda belə yazır:

"Könlüm inkar edilməz bir şəkildə sosializmdən,başqa cür desəm, Şərq Blokundan yanadır. Yüksək mədəniyyət qurumlarının verdiyiadlardan, mükafatlardan təkcə Qərbdən deyil, Şərqdən də gəlsə imtina etməyiminsəbəbi budur”.

Məktubunsonu isə Nobel həqiqətlərini ortaya çıxarır:

"Günümüzdə NobelQərb yazarlarına, ya da Şərqdə "baş qaldıran” yazarlara verilən mükafat kimigörülür. Məsələn, Cənubi Amerika şairlərinin ən böyüklərindən sayılan Neruda bumükafata layiq bilinməyib. Hamıdan çoxlayiq olduğu halda Luis Araqon bu komitə tərəfindən ciddi olaraq heç düşünülməyib.Bu mükafatın Şoloxovdan qabaq Pasternakaverilməsi və Sovetlərdən seçilmiş yeganə əsərin elə öz məmləkətində qadağanolunması acınacaq bir haldı. Əlcəzair müharibəsi, ya da "121-lər Bəyənnaməsi”ni imzaladığımızvaxt verilsəydi, bu mükafatı sevinclə qəbul edərdim. Çünki bu mükafat onda təkcəmənə yox, həm də uğrunda savaştığılmız hürriyətə də şərəf qazandıracaqdı”.

Aytunc Erkin

Dilimizəuyğunlaşdıran:Ulucay Akif

TƏQVİM / ARXİV