adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
16 Dekabr 2019 12:16
17011
HADİSƏ
A- A+

Bakıda yüksək vəzifəli məmur intihar etdi

Nərimanov Rayon İcra Hakimiyyətinin (RİH) şöbə müdiri intihar edib.

Nərimanov Rayon Prokurorluğundan verilən məlumata görə, 1975-ci il təvəllüdlü Əlizadə Elmar Şamil oğlu yaşadığı evdə özünü asıb.

Faktla bağlı daxil olan məlumat əsasında polis və prokurorluq orqanlarının, eləcə də, məhkəmə tibbi ekspertin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, o cümlədən, digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi cinayət işi başlanıb. İş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, intihar edən şəxs Nərimanov Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsində çalışıb.

BakıPost saytı Əlizadə Elmar Şamil oğlu barədəfaktlar əldə edib.

Belə ki, özünü asaraq intihar edən Elmar Əlizadə peşəkar kadr olub. O, əvvəllər Xarici İşlər Nazirliyində, Brüsseldə Azərbaycan Nümayəndəliyində çalışıb. Bir neçə dil bilən gənc diplomat qısa zamanda böyük uğurlar əldə etsə də, bu fəaliyyətini davam etdirə bilməyib, ailə vəziyyəti ilə əlaqədar Bakıya qayıdıb. Bundan sonra Nərimanov Rayon İcra Hakimiyyətində çalışıb. İntihar etdiyi gün 41 yaşını qeyd edib.

Ad gününü həm dostları, həm iş yoldaşları ilə birgə təmtəraqlı qarşılayıb. Hətta Bakıda rəsmi səfərdə olan Rusiyanın Həştərxan vilayətinin qubernatoru da onun ad gününə təşrif buyurub.

Qonaqları yola salandan sonra ailəsi ilə doğum günü tortunu kəsib.

Məlumata görə, həmin gecə həyat yoldaşını və iki övladını bağa göndərib, sonra isə yaşadığı evdə intihar edib.

İlkin məlumata görə, intihar ailə münaqişəsi zəminində baş verib.