adalet.az header logo
  • Bakı 18°C
16 Dekabr 2019 09:55
30504
SİYASƏT
A- A+

Rəsmi Bakının “qara siyahı”sına düşənlərin sayı çoxalıb

Azərbaycanın arzuolunmaz şəxslər siyahısına daxil olan şəxslərin sayı artıb.

 Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının siyahısı 2019-cu ilin dekabrın 5-də yenilənib.

Hazırda Azərbaycan Xarici İşlər Nazirliyinin "qara siyahısı”ndakı şəxslərin sayı 895 nəfərdir.

Onların içərisində deputatlar, musiqiçilər, jurnalistlər və başqalarıvar.

Qeyd edək ki, Azərbaycanın işğal altındakı ərazilərinə rəsmi Bakının icazəsi olmadan edilən səfərlər cinayət sayılır.

Həmin şəxslərə Cinayət Məcəlləsinin 318-ci maddəsi ilə (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) cinayət işi açılır.