adalet.az header logo
  • Bakı 7°C
14 Dekabr 2019 18:35
13165
GÜNDƏM
A- A+

Növbədənkənar parlament seçkilərində 71 nəfərin namizədliyi təsdiq olunub

Azərbaycanda fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 268 namizəd müraciət edib.

Adalet.az-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov komissiyanın bu gün keçirilən iclasında deyib.

M.Pənahov bildirib ki, həmin şəxslərin 71-nin namizədliyi artıq təsdiq olunub. Onlardan 29-u isə imza vərəqələrini artıq götürüb.