Faiq QİSMƏTOĞLU: “AĞLAYAN” ADAM

FAİQ QİSMƏTOĞLU
45552 | 2019-12-14 12:00

... Sizi bilmirəm,mən belə adamları çox görmüşəm və bu gün də görürəm. Ətrafınıza, yaxınlığınıza,lap bir addımlığınıza boylansanız siz də görərsiniz. Amma sadəcə olaraq,çoxları bunu görsə də dilinə gətirmir, danışmaq istəmir və susurlar. Susmaq dabilirsiniz nədən irəli gəlir?! Adam var ki, abır-həyasına qısılır və o"ağlayan” adama bir söz demir. Və təbii ki, o adam da bir söz deyilmədiyinə görə,hər dəfə görüşəndə "ağlamağa” başlayır...

Adam var ki,"ağlamaq” ona düşür. Yəni sınayıb sınaqdan çıxarıb da! "Ağlaya-ağlaya hər şeyqazanıb: ev-eşik, var-dövlət, üç-dörd maşın... Nə başınızı ağrıdım nə qədər desənmal-mülk. Elə bilməyin təkcə sizin ətrafınızda, yaxınlığınızda belə adamlarvar. Elə mənim qohumlarımın arasında nə qədər desən "ağlayan” adam var.

... Biri var düz40 ildir "ağlayır”. "Ağlaya-ağlaya” iki-üç dəfə kolxoz sədri olub,"ağlaya-ağlaya” iki-üç dəfə müxtəlif pullu vəzifələrdə çalışıb. Sovet dönəmindəqaz vurub, qazan doldururdu. Sədr olanda da "ağlayırdı”, digər pullu vəzifələrdəolanda da başlayırdı zarımağa: "Çətinlikdən boğuluram, çatdıra bilmirəm,uşaqların yanında gözükölgəliyəm...”. Amma görürdün iki mərtəbəli bir evtikib... görürdün "yağın içində” təzə bir üçüncü maşını qapıya gətirib...görürdün evində hər gün çal-çağırdı,yeyib-içməkdi, həftə səkkiz, mən doqquz bir quzu kəsilir, neçə-neçə hinduşka bədənindənayrılır və hər gün kabab bişirilir. Yenə "ağlamağından” qalmırdı.

Şükür Allaha,oğul-uşaqlarını yerləşdirdi, kefi-kök, damağı çağ bu gün də vəzifədə çalışır.Amma yenə "ağlamağından” qalmır... Yenə kef içində üzür... yenə kefi alabuluddan nəm çəkir.

Belələri artıqöyrəşiblər ki, ağırlığını, uğurluğunu, ağrı-acısını kiminsə üstünə töksünlər.Görən kimi başlayır zarımağa, ah-nalə eləməyə. Əgər cibində pulun olsa, Allahaand olsun çıxarıb ona verərsən. Tanımasan verərsən ey, tanıyırsan ki, bu 40 il əvvəlkiqohumundu və beləcə qohumları boğaza yığır. Ehtiyac içində olan qardaşı toyagedə bilməyən, dərman almağa pulu olmayan susub qalır, cibində paçka-paçka puluolan qardaş kasıblıqdan danışır. İndi gəl buna inan görüm necə inanırsan.Tez-tez də deyir ki, zəmanənin üzü qara olsun, Vallah dolana bilmirəm.Qohumlarımdan biri çıxıb demir ki, ay tamahkar, nədi bütün günü zarıyırsan? Axıbiz bilirik sənin nəyin var, nəyin yox?!

... Bir adam datanıyıram, düz 40 ildi ki, deyir: xəstəyəm, ölürəm! 75 yaşı var dostlarıtanıyır ki, 10 yaşından belədi: ağrıyıram, xəstəyəm, imkanım yoxdu, dərdə dözəbilmirəm. Tez-tez mənə də zəng eləyir. Zəng eləyəndə danışmamışdan öncəzarıltısı gəlir: ay ölürəm, ay qırılıram! Sonra da başlayır xəstəlikdəndanışmağa. O xəstəlikdən danışır, mən də deyirəm ki, heç yerim ağrımır, kefimkök, damağım çağdı. Zarıya-zarıya üç-dörd evi var, iki-üç maşın əldə eləyib vənə qədər də top kimi sağlam adamların yas məclisində iştirak eləyib, aşdan,plovdan yeyib. Çox boğaza yığanda axırda əsəbləşib deyirəm ki, ay kişi, nəzarıyırsan, ağırlığını, uğurluğunu mənim üstümə tökürsən? 75 yaşı olan adamağrıyacaq da?! Sənin tay-tuşların çoxdan ölüb. Sən Allah, əl çək də məndən!Qırsaqqız kimi bir də görürsən ki, üç gündən sonra bir də zəng eləyir.Telefonunu qaldırmıram. Görür ki, telefonda cavab vermirəm, digər qohumlara,dostlara zəng eləyir. Onları da yığıb ey boğaza! Çox vaxt bezirlər, telefonu daaçmırlar...

Axı bayaq dedik,belə adamlar zarımağa, "ağlamağa” və ağırlığın-uğurluğun onun-bunum üstünə tökməyəöyrəşiblər. Və belə adamlar zarıyanda, "ağlayanda” yüngülləşir, özündəki mənfienerjisini qarşısındakına ötürür, ondan müsbət enerji və aura alırlar.

Belələri dünyanıona versən də, ciblərini pulla doldursan da, atmilçəyi kimi səndən əl çəkmirlər.Elə səni görən kimi başlayırlar "ağlamağa”. "Ağlayan” adamdan can qurtarmaqsa oqədər asan deyil. Amma onların dediklərinə inanmaq da sadəlöhvlük və hardasabir zəiflikdir. Sadəcə olaraq, onlara Allah-Təaladan şəfa diləməkdən başqaçıxış yolu qalmır.


TƏQVİM / ARXİV