Qubada orta məktəb binası yandı
Quba rayonunda orta məktəbdə yanğın hadisəsi olub.
Adalet.az-ın məlumatına görə, hadisə rayonun Tülər kənd orta məktəbinin binasında qeydə alınıb. Məktəb binasının dam örtüyündə qısaqapanmadan baş verən yanğın sonradan güclənib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Quba Yanğından Mühafizə Hissəsinin canlı qüvvə və texnikaları cəlb edilib.
Yanğının qarşısı alınsa da, binanın dam örtüyü yanıb.
Faktla bağlı araşdırma aparılır.
Digər Xəbərlər
18 Mart 2024 17:49
Bərdədə azyaşlını it dişləyib
18 Mart 2024 13:12Martın 20-də geomaqnit qasırğası gözlənilir
18 Mart 2024 11:39Xocalıda kütləvi məzarlıqda tapılan daha bir nəfərin şəxsiyyəti müəyyənləşdi
18 Mart 2024 10:156-cı sinif şagirdi dünyasını dəyişdi
18 Mart 2024 09:52